29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Çingiz Abdullayev: “Qələbəyə inanmasaq, finala niyə gedirik?”

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev AZAL-la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Sonuncu dəfə sizi “İnter”lə oyunda görmüşdük. Uzun müddətdir mətbuata açıqlama vermirsiniz..

- Xeyr, niyə danışmıram? Elə dünən məndən Syomin haqda soruşublar, demişəm, bilinmir komandamıza gəlib-gəlməyəcəyi.

- "Neftçi" artıq yeddi oyundur ki, qələbə üzünə həsrətdir. Bu uğursuzluğun səbəbini nədə görürsünüz?

- Xeyr, uğurlu oyunlarımız da olub, axı. Biz Azərbaycan kubokunun finalına çıxmışıq. 

- Söhbət Premyer Liqadan gedir. 

- Düzdür, bu gün də heç-heçə etdik. Özünüz də gürdünüz ki, rəqib necə qol vurdu.

- Komanda çempionatı mükafatsız başa vurdu. Final qarşılaşmasından nə gözləyirsiniz? 

- Qələbə göləyirik. Əgər buna inanmasaq, finala niyə gedirik?

- Arif Əsədov uzun müddətli uğursuzluğun obyektiv və subyektiv səbəbləri olduğunu bildirdi. Sizcə, bu səbəblər nədir?

- Düz deyir, müəyyən çətinliklər var. Bəzi futbolçular zədə səbəbindən meydana çıxa bilmir,kimisinin müqavilə müddəti başa çatır. Müəyyən dəyişikliklər edirik. Təbii ki, biz də istəyirik ki,  dönüş olsun və komandamız Avropa Liqasında uğur qazansın. Tək bu günü yox, 2-3 il bundan sonranı da fikirləşirik. Müxtəlif yaş quruplarında “Neftçi” futbolçularının uğurlarını özünüz də gördünüz. Mən inanıram ki, komandamızın yaxşı gələcəyi var .

Bəhram Bağırzadə başda olmaqla Müşahidə Şurasının üzvləri çalışdılar ki, azarkeşləri stadiona cəlb etsinlər.  Ancaq son oyunlardakı uğursuzluqlardan sonra tribunalarda demək olar ki, azarkeş yoxdur.

- Xeyr var. Niyə yoxdur? 

- Amma etiraf edək ki, əvvəlki kimi deyil. 

- Düzdür, sizinlə razıyam. Amma belə də olmalıdır. Biz gərək yaxşı oynayaq ki, onlar da gəlsinlər.

- Klubunuzun operatoru, Qarabağ veteranı Dadaş Zeynalovun işindən uzaqlaşdırılması ilə bağlı nə deyə bilərsiniz? 

- Biz bunu araşdırırıq. Dadaş Zeynalovun özü ilə də söhbət etmişəm. Ümumiyyətlə, biz veteranlara böyük hörmətlə yanaşırıq. Mən komandaya gələndən sonra üç nəfər müharibə veteranı işə götürmüşük. Onların üçü də Qarabağ uğrunda döyüşlərdə iştirak edib. İkisi sürücü işləyir, digəri isə bizim təhlükəsizlik sisteminin rəisidir.  

Dadaş Zeynalovun işi bərpa oluna bilərmi?

- Biz bu məsələ haqqında danışmışıq və işə baxılır. Amma bu məsələnin şişirdilməsindən xoşum gəlmir. Məsələni elə qabardırlar ki, guya onu Qarabağ veteranı olduğuna görə işdən azad etmişik. Amma bu, belə deyil. Həmişə Azərbaycanda belə insanlara hörmət olub və olacaq.

- Moskva “Spartak”ının Samir Məsimova görə "Neftçi"dən təzminat tələb etdiyi deyilir. Klubun cəzalandırlacağı haqqında söhbətlər gəzir.

- Biz bunu araşdırıb, sizə bildirəcəyik. Hələlik konkret heç nə deyə bilmərəm. 

- Əldə etdiyimiz məlumatlara görə, "Neftçi"də üç aydır maaşlar verilmir. Ola bilərmi bu, futbolçuların oyununa təsir etsin? 

-  Bu, doğru xəbər deyil. Klubun işçilərinin hamısı vaxtında maaşlarını alıb. Futbolçular isə mart və apreli almayıblar. Bu problemi də kubokun finalından öncə həll edəcəyik.

- Müşahidə Şürasının qərarına əsasən Vəli Qasımovla Dmitri Kramarenko komandaya gətirildi. Qasımov iş başında olsa da, biz Kramarenkonu görmürük. Əldə etdiyimiz məlumata görə, onunla müqavilə bağlanmayıb. 

- Heç narahat olmayın, müqavlə imzalanacaq. Onları kluba gətirmişik və hesab edirik ki, çox gözəl işləyirlər. Azərbaycanın Avropada və dünyada tanınmış bir neçə futbolçusu var ki, onlardın arasında Vəli Qasımov da olub. Mən fəxr edirəm ki, belə insanları “Neftçi”yə cəlb etmişik.

- Klubun mətbuat xidmətinin işçisi olan Çingiz Həsənov sosial şəbəkələrin birində “Qarabağ” klubunu təhqir edib. Müşahidə Şurasının sədri kimi buna münasibətiniz necədir?

- Münasibətim çox pisdir. Hesab edirəm ki, heç kimi təhqir etmək olmaz. Amma siz də düz demirsiniz. Mən bunu araşdırmışam. O, “Facebook”da dostları ilə yazışanda kimsə də bunu əldə edib üzə çıxarıb. Sonra da şişirdiblər ki, görün, necə təhqir edib. Mən bunu da düzgün hesab etmirəm. Biz heç kimi təhqir etmirik və edə də bilmərik. “Qarabağ” da Azərbaycan komandasıdır. Çingiz Həsənəov "Qarabağ"dan üzr istəyib. 

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31