20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qriqorçuk: “Medalların bir matçdan asılılığını biləndə stress də olur”

Premyer Liqanın XXXVI turu çərçivəsində baş tutan “Qəbələ” - “Bakı” (3:0) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis qazanılan uğuru belə şərh edib: “Bu, “Qəbələ”də çalışan bütün insanların qələbəsidir. Mən onların hamısına təşəkkür edirəm. Futbolçuları nadir hallarda tərifləsəm də, bu gün onların ünvanına xoş sözlər deyəcəyəm. Oyunçular ciddi iş gördülər. Mövsümün ikinci yarısının əvvəlində turnir cədvəlində “Neftçi”dən nə qədər geri qaldığımızı nəzərə alıb, futbolçulara görülən bu işə görə böyük təşəkkür edirəm. Oyunun təhlili bir az ikinci plandadır. Çünki bu matçda bizə nəticə vacib idi. Belə qarşılaşmalarda lazım olan nəticəni əldə etməyin çətinliyini də başa düşürdük. Hər şeyin öz əlində olduğunu, medalların bir matçdan asılılığını biləndə stress də olur. Belə vəziyyətdə öz oyununu göstərib vacib nəticə qazanmaq asan olmur. Bu gün komanda bu işin öhdəsindən gəldi".


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30