20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Səlahət Ağayev: "O qapıdan axırıncı mən çıxacam"

“Çətin durumda komandanı qoyub qaçmaq mənə yaraşmaz. “İnter”dən, arenanın o qapısından ən axırıncı mən çıxacam”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter” klubunun qapıçısı Səlahət Ağayev deyib.

Maliyyə böhranı ilə üzləşən “bankirlər”in bütün legionerləri komandanı tərk ediblər.

Yerli futbolçuların əksəriyyəti də artıq özünə yeni klub tapıb. Onlardan fərqli, Səlahət tələsmək istəmir. Digər klublardan təklif almadığını deyən Ağayev “İnter” rəhbərliyinin cavabını gözləyir: “Adımı “Xəzər Lənkəran”la birgə çəkirlər. Ancaq bu klubdan heç kim mənə zəng etməyib. Nəinki “Xəzər Lənkəran”, heç bir klubdan təklif gəlməyib. İndi kimi dindirirsən, deyir ki, Türkiyənin PTT I Liqasından təklif almışam. Yalan deyə bilmərəm, mənə PTT I Liqadan da təklif yoxdu. “İnter”in cavabını gözləyirəm. Birinci öz klubumla danışıq aparacam. “İnter”i atıb, gedə bilmərəm. Əgər komanda dağılmasa, növbəti mövsümdə ortabab klublardan olsa, qalacam. “İnter”dən mənə “get” deməyənə qədər getməyəcəm”.

Ağayev “İnter” rəhbərliyinin onu saxlamaq istəməyəcəyi təqdirdə, iddialı klublardan birinə keçməyə çalışacağını bildirib: “Əgər “İnter” rəhbərliyi qalmağımı istəməsə, onda başqa variantları nəzərdən keçirəcəm. Burdan ayrılacamsa, iddialı kluba keçməyim yaxşı olar. Demirəm ki, Türkiyənin PTT I Liqasına getmərəm. Sadəcə, özünüz də görürsüz ki, bizim uşaqlar son vaxtlar ordan necə narazı qayıdırlar. PTT I Liqada 2-3 komandanın vəziyyəti normaldı. İddialılardan təklif gəlsə, düşünmək olar”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30