24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

AFFA-nın qərarı “Simurq”un qapıçısını şoka saldı: “Mən adam öldürməmişəm ki...”

“Şokdayam, AFFA-nın bu qərarını başa düşə bilmirəm. Axı mən orda nə etmişəm? Bu, mənə çatmır”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Simurq”un qapıçısı Amil Ağacanov deyib.

Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində AZAL-la görüşün 21-ci dəqiqəsində hakimi təhqir edən və meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd edən Ağacanov AFFA İntizam Komitəsi tərəfindən 9 oyunluq cəzalandırılıb.

Qapıçı 17-ci dəqiqədə AZAL-ın vurduğu qolun qaydalar çərçivəsində olmadığını iddia edib: “Bu qərarı verənlərə onu demək istəyirəm ki, yaxşı, məni cəzalandırmısınız, olmayan qolu hesaba alan hakim necə, cəzalanacaqmı? Həmin epizodda topun qapı xəttini keçmədiyini hər kəs gördü. Hətta PFL-in kamerasında da bu, açıq-aydın görünür”.

Hakimin ünvanına təhqiramiz ifadə işlətmədiyini bildirən Ağacanov bütün günahı yan xətt hakimində görür: “Bütün legionerlər getmişdi. Mən də çoxdan idi ki, qapıda dayanmırdım. Dörd aydı maaş almırıq, düşərgədə ab-hava yaxşı deyil. Bütün bunlar az imiş kimi, hakimin də yanlış qərar verməsi insanı istər-istəməz özündən çıxarar. Qol epizodunda gəlib yan xətt hakimini qucaqlayıb dedim ki, orda qol yox idi. Amma gördüm ki, qolu saydılar, keçdim qapıya. Söyüş söyməmişəm. Sadəcə, qışqırdım ki, nə oldu, hamısı bizim başımıza gəlir. Öz-özümə deyinirdim ki, korsan, bir az diqqətli ol da. Qoldan sonra yenidən mərkəzdən başladıq, qapımız qarşısında təhlükəli anlar da oldu. Mən sadəcə, əsəbi şəkildə öz-özümə deyinirdim. 5 dəqiqə sonra birdən yan xətt hakimi nəsə dedi, Fariz Yusifov mənə yaxınlaşıb qırmızı vərəqə göstərdi. Gözlərimə inana bilmədim. Qırmızı vərəqədən sonra da hakimi yavaşca itələdim. Başqa heç nə olmayıb. İstəsəydim elə həmin dəqiqə söyərdim də. Niyə 5 dəqiqə sonra söyüm? AZAL-ın stadionuna heç vaxt azarkeş gəlmir. Meydançada danışılanların hamısı videoda eşidilir. Baxın, görün, söyüş harda olub. Baş hakim Fariz Yusifov özü də dedi ki, Amil, sənin söyüş söydüyünü eşitməmişəm”.

32 yaşlı qolkiper ona verilən 9 oyunluq cəza ilə barışmaq niyyətində deyil: “Azərbaycanda oynayan əcnəbilər o qədər söyüş söyürlər ki. Hakimlər bəs niyə onlara göz yumur? İndi hamısı mənim başımda partladı. Arxamızda adam yoxdu deyə belə edərlər? Mən adam öldürməmişəm ki, 9 oyunluq cəza verirlər. Apellyasiya Şikayəti edəcəm. “Simurq”la müqaviləm bitir və özümə yeni klub axtarıram. 9 oyunluq cəzası olan futbolçunu hansı komanda götürər?”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30