20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"O klublardan ürəyimə ən yaxın olanı "Qarabağ" idi"

“Qarabağ” klubunun Bakı “İnter”indən heyətinə qatdığı Coşqun Diniyevin müsahibəsi

- Yeni komandan Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünün qızıl medallarına, son oyunlarını keçirdiyin “İnter” isə gümüş medallara sahib oldu. Təəssüratlarını öyrənək...

- Çətin çempionat oldu. Komandamızın bu qədər maddi problemlər qarşısında ikinci olması böyük uğurdur. Baş məşqçimiz Kaxaber Sxadadze də daxil olmaqla, bu işdə hər kəsin çox əməyi oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm.

- Həm Elvin Məmmədov, həm də sən “İnter”in heyətində yeni komandanıza qarşı matçda fəal görünürdünüz.

- Baş məşqçimiz Kaxaber Sxadadze bizə hər zaman dəyər verib və biz də bu dəyərin qarşılığını ödəməyə çalışdıq. Hesab heç bir əhəmiyyət kəsb etməsə də, “Qarabağ”la matçda biz Kaxa üçün gözəl oyun sərgiləmək istədik. Onu son önəmli matçında Azərbaycandan xoş təəssüratlarla yola salmaq istəyirdik.

- “Qarabağ” bütün mövqelərdə güclü futbolçulara sahib olan bir komandadır. Rəqabətdən çəkinmirsən?

- Ardıcıl iki dəfə Azərbaycan çempionu olan, Çempionlar Liqasında mübarizə aparacaq bir komandaya gedirəmsə, çətin olacağını dərk etməliyəm. Mənim üçün “Qarabağ”da mübarizə  dörd qat çətin olacaq. Bu komandada irəli getmək istəyirəmsə, öz üzərimdə çox işləməliyəm.

Səncə, bu gedişlə “İnter”in sonu nə olacaq?

- Ümid edirəm ki, hər mövsüm çempionluq uğrunda mübarizə aparan və çox komandaya başağrısı olan bir klub dağılmayacaq. Mən 14 ildir ki, bu klubdayam. “İnter”i heç vaxt belə görmək istəməzdim.

- “Qarabağ”a transfer olmadan öncə adın daha çox “Neftçi” ilə hallanırdı. Niyə  məhz “Qarabağ”ı seçdin?

 - Təkliflər çox idi.  “Neftçi”dən və “Qəbələ”dən də təklif almışdım. Seçimimə heç kim qarışmayıb. Məni transfer etmək istəyən üç komanda ürəyimə ən yaxın olanı “Qarabağ” idi. Ona görə də bu seçimi etdim. “Qarabağ”ın Premyer Liqamızın qalibi olub, Çempionlar Liqasına vəsiqə qazanması da seçimimdə rol oynadı.

 - Seçim edərkən atan Şahin Diniyevlə məsləhətləşdinmi?

 - Atam hər zaman qərarlarımı özüm qəbul etməyimi istəyir. Çünki o, hər zaman mənə güvənib. “Qarabağ”ı seçən zaman da ancaq xeyir-dua verdi.

- Növbəti mövsüm atanın yeni baş məşqçisi olduğu  “Kəpəz” klubu da Premyer Liqada mübarizə aparacaq. Atanın əsas rəqiblərindən olacaq bir komandaya getdin.

- Bu duel əvvəl-axır olmalı idi. Gələn mövsümdən atamın yeni komandası da çempionluq uğrunda mübarizə aparacaq və bir növ mənə rəqib olacaq. Oyun zamanı ata-oğul münasibətləri kənarda qalacaq. “Kəpzə”lə matçlarımızdan öncə atama da evdə deyəcəm ki, meydanda rəqibik, layiq olan qələbə qazansın.

- Nə vaxtsa atan səni komandasında görmək istəsə necə, gedərsən?

- Əlbəttə, gələcəkdə atam təklif göndərsə, onun komandasında oynamaq istərəm. Onun uğurlarında pay sahibi olmaq mənim üçün şərəf olar.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30