25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA tranfser pəncərəsinin vaxtını açıqladı, maaş limiti və sanksiyaları xatırlatdı

AFFA-nın İcraiyyə Komitəsinin 06.03.2015-ci il tarixdə keçirilmiş iclasında gənc yerli  futbolçuların maaş limiti ilə bağlı  aşağıda göstərilən qərar qəbul olunub:

- 2015/2016-cı il mövsümündən başlayaraq Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunsun. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilsin. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:

Klubun aktivindən xalların silinməsi

Maliyyə sanksiya

Futbolçunun diskvalifikasiyası 

2014/2015-ci il Azərbaycan Premyer Liqası 28.05.2015-ci il tarixdə keçiriləcək XXXVI turun oyunları ilə başa çatacaq və növbəti Premyer Liqa oyunları avqust ayından start götürəcək. Yeni mövsüm üçün transfer pəncərəsi 09.06.2015 - 31.08.2015-ci il tarixləri müəyyən olunub. Bu tarixdən etibarən İcraiyyə Komitəsinin maaş limiti ilə bağlı qərarı tətbiq olunmalıdır. İcraiyyə Komitəsinin qərarı yeni bağlanan müqavilələrə şamil olunur (01.01.1995-ci ildən və 01.01.1993-cü il ildən başlayaraq doğulan futbolçular). Qərarın icrasına AFFA tərəfindən ciddi şəkildə nəzarət olunacaq. İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30