19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Liverpul”a uduzan “Qəbələ”, “Borussiya” ilə heç-heçə oynadı

“Qəbələ”nin 11 yaşlılardan (2004-cü il təvəllüdlü) ibarət komandası Almaniyada keçirilən ənənəvi “Lenser Pfingct Cup” beynəlxalq turnirində iştirak edib. Futbolxeber.az-ın məlumatına görə, Yaşar Abuzərovun komandası mayın 23-24-də Düsseldorf şəhərində 150 komandanın 30 qrupda mübarizəyə başladığı yarışda qüvvəsini sınayıb. “Qəbələ” turnirin I mərhələsində 11-ci qrupda çıxış edib. “Qırmızı-qaralar” ilk oyunda İngiltərənin “Liverpul” klubuna 0:3 hesabı ilə uduzsa da, növbəti 3 matçda Almaniya komandalarından 7 xal ala bilib. TSV “Neu Ulm” ilə qolsuz heç-heçədən sonra komanda, “Ratenger SpVgg 04/19”i 5:0 hesabı ilə məğlub edib. Emil Süleymanov və Fuad Əhmədovun dubl etdiyi qarşılaşmada Rüfət Bədəlzadə 1 dəfə fərqlənib. Bu mərhələdəki son oyununda FC “Herdecke Ende”ni Elmir Hüseynlinin qolu ilə 1:0 məğlub edən “Qəbələ” qrupda 2-ci olub. Nəticədə komanda çempionluq uğrunda mübarizəsini növbəti mərhələdə də davam etdirib.

Əvvəlki mərhələdə eyni qrupda yer alan komandaların nəticələrinin saxlanıldığı növbəti raundda “Qəbələ” “Liverpul”, digər İngiltərə təmsilçisi “Kembric Yunayted” və Dortmund “Borussiya”sı ilə mübarizə aparıb. Britaniyalılara 0:2 hesabı ilə yenilən Abuzərovun yetirmələri almaniyalılarla qolsuz heç-heçə etsə də, qrupda 4-cü olub.

3-cü mərhələdə “qırmızı-qaralar” daha 3 oyuna çıxıb. Avstriyanın “Först Vyana” klubuna 1:2 hesabı ilə uduzan komandamızın qolunu Elmir Hüseynli vurub. Belçika təmsilçisi “Voluv”u Cavad Kərimov, Emil Süleymanov və Fuad Əhmədovun qolları ilə 3:0 hesabı ilə məğlub edən Abuzərovun yetirmələri mərhələnin son oyununda Köln “Fortuna”sından 2 cavabsız qol buraxıb. Qrupda 3-cü olan “Qəbələ” sonuncu mərhələyə “Pattesen” üzərində qələbə ilə başlayıb - 1:0. Yeganə qolu Elmir Qələndərov vurub. Hüseyn Hüseynzadənin fərqləndiyi Finlandiya “KuPS” ilə qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1. Turnirdəki son oyununda yenidən “Kembric Yunayted”lə üz-üzə gələn komanda 0:3 hesabı ilə uduzub, qrupda 2-ci olub.

Beləliklə, Almaniya səfəri başa çatan U-11 bu ölkədə 12 qarşılaşma keçirib. İlk xarici səfərinə çıxan 2004-cü il təvəllüdlü futbolçular, turnir boyu bölgədə yaşayan azərbaycanlı azarkeşlərin dəstəyini hiss edib. “Qəbələ”nin oyunlarına gələn soydaşlarımız komandanı hər qarşılaşmada dəstəkləyiblər.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30