29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Quintana: “Qarabağ”la “Barselona” eyni stildə oynayır”

"Qarabağ"ın ispaniyalı hücumçusu Dani Quintananın müsahibəsi

- Komandan Azərbaycan Premyer Liqsının 2014/2015 mövsümünün çempionu oldu. Çətin mübarizədə “Qarabağ”a meydanda köməklik göstərə bilməsən də, çempionluq hisslərini komanda yoldaşlarınla birlikdə yaşayırsan. İlk öncə təəssüratlarını öyrənək...

 - Bütün “Qarabağ” kollektivini çempionluq münasibəti ilə təbrik edirəm. Bu mövsüm “Qarabağ”ın matçlarında iştirka edə bilməsəm də, hər bir futbolçumuzla eyni hisslərə sahibəm.

- “Qarabağ” gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Çoxdandır ki, oynamadığını nəzərə alsaq, bu mübarizə sənin üçün nə dərəcədə asan olacaq ? 

- Asan olub-olmayacağı haqqında nəsə deyə bilmərəm. Bacardığım qədər məşqlərdə yaxşı hazırlaşmağa çalışıram ki, çətin olmasın.

- “Qarabağ”ın yoldaşlıq görüşlərindən birində gördük ki, daha çox “tiki-taka” stilində oynadığın hiss olunurdu. 

- “Qarabağ”ın oynadığı futbol mənim stilimə uyğundur. Ona görə də düşünürəm ki, heç bir çətinliyim olmayacaq. 

- Uzun müddətdir Azərbaycandasan və demək olar ki, çempionatımızın yarıdan çoxunu izləmək imkanın oldu. Azərbaycan Premyer Liqası haqqında nə deyə bilərsən? 

- Düzü, Azərbaycana gəlməmişdən öncə bu haqda heç bir məlumatım yox idi. Məsələn, “Qarabağ”ın əsas rəqiblərindən olan “Qəbələ” kimi bir klubun olduğundan xəbərsiz idim. Premyer Liqanızda demək olar ki, bütün klublar güclüdür və onlar hər an hər şey etməyə qadirdirdirlər. 

- “Qarabağ”ın Avropa Liqasındakı uğurlu oyunlarından sonra çoxları komandanı “Qafqazın Barselonası” kimi təqdim etdi. Bir ispan kimi bu fikirə mübnasibətin necədir? 

- Təbii ki, stil olaraq oxşar futbol oynayırlar. Amma bu stili icra etmək baxımından arada olduqca böyük fərq var. Çünki “Barselona” böyük komandadır.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31