19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qarabağ" Avstriyada birinci oldu

Mayın 23-də Vyanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən futbol turniri keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, turnir Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Akademik Birliyi və Vyanada təsis edilən “Qarabağ” futbol klubunun təşkilatçılığı, SOCAR-ın Avstriyadakı nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Vyanada akkreditə olunan diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən burada təhsil alan gənclər, Avstriyada yaşayan soydaşlarımız, idmansevərlər iştirak ediblər.

Əvvəlcə mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, bu ölkədəki “Qarabağ” futbol klubunun prezidenti Orxan Vəliyev, vitse-prezidenti, Avstriya Kanu Federasiyasının vitse-prezidenti Manfred Modli, Vyana Şəhər Futbol Federasiyasının prezidenti Robert Sedlaçek tədbirin açılışında çıxış ediblər.

Qalib İsrafilov Azərbaycan tarixində müstəsna yeri olan müdrik şəxsiyyət, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Diplomat Ulu Öndərin gənclər və idman sahələrinə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. O, bildirib ki, yaxın həftələrdə Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunları bu uğurlu siyasətin və görülən işlərin bariz nümunəsidir.

Bütün dünyanın və Avropanın diqqətinin Oyunlara yönələcəyini qeyd edən səfir Azərbaycanın bu idman tədbiri ilə qitənin idman həyatında mühüm uğura imza atacağını vurğulayıb. Q.İsrafilov bildirib ki, Avstriyada yaşayan həmvətənlərimiz də Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan ruhlanaraq bir müddət əvvəl ölkəmizin dilbər guşəsi olan Qarabağın adını daşıyan idman klubunu təsis ediblər. Artıq neçə ildir Vyanada ümummilli Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri təşkil edilir.

Digər çıxış edənlər ənənə halını almış bu turnirin Avstriyadakı müxtəlif xalqların nümayəndələrinin bir araya gəlməsində, gənclər arasında idmana marağın artmasında, multikulturalizm, inteqrasiya və xalqlar arasında anlaşmanın inkişafında müstəsna rola malik olduğunu qeyd ediblər.

Altı komandanın mübarizə apardığı turnirin finalında “Qarabağ” 1:0 hesabı ilə “MSV 81” komandasına qalib gələrək turnirin qalibi olub.

Turnir iştirakçılarına medallar və kubok təqdim edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30