24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Riçard Almeyda: “Bir titul qalıb, onu da qazanmalıyıq”

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın müsahibəsi

- Bilirdiz ki, “İnter”lə oyundan sonra qızıl medal və çempionluq kuboku təqdim ediləcək. Bəs niyə bunu major notda qeyd etmədiz?

- Qələbə qazanmaq vacib idi. Oyuna da motivasiya ilə çıxmışdıq. “İnter” yaxşı komandadı. İki dəfə qol vurmaq şansımız oldu. Ancaq belə deyim var: vurmayana vurarlar. Çempion olduq. Bu uğurun davamını gətirmək haqda düşünməliyik. Yəni, fikrimizi kuboku qazanmağa yönəltməliyik.

- “İnter”in sizdən istəkli olmasını nə ilə izah edərdiniz?

- Onlar uzun müddətdi “Qarabağ”a qalib gələ bilmirlər. Ola bilsin, buna görə bu qədər istəkli idilər. “İnter”i gümüş medal qazanması münasibətilə təbrik edirəm. Gözəl kollektivləri var.

- Məğlub olduğunuz oyundan sonra çempionluğu qeyd etmək necə hissdi?

- Vacib olan çempion olmaqdı. Biz titulumuzu qoruduq. Həm də pis oynamadıq.

- Qarşıdan ölkə kubokunun final matçı gəlir. “Qarabağ” həmin görüşə hazırdımı?

- “İnter”lə qarşılaşma kuboka hazırlıq xarakteri daşıyırdı. 3 gün dincələcəyik. İstirahət başa çatdıqdan sonra yenidən həmin matça hazırlaşacağıq. Bilirik ki, “Neftçi” kimi güclü rəqibə qarşı mübarizə aparacağıq.

- “Neftçi”dən fərqli, dincəlmək üçün sizin daha çox zamanınız olacaq. Bunu üstünlük sayırsınızmı?

- “Qarabağ” üçün mövsüm asan keçməyib. Həm Avropa Liqasında, həm də ölkə çempionatında yorucu mövsüm keçirdik. Amma yekun uğurlu alındı. Bir titul qalıb, onu qazanmalı və mövsümü major notda başa vurmalıyıq.

- Çempionatda elə də ciddi müqavimətlə üzləşmədiz. Bunun acısını Avrokubok oyunlarında yaşamağınız mümkündümü?

- Avrokubok oyunlarında güclü, keyfiyyətli futbolçularla qarşılaşırıq. Orada oynamaq elə də asan deyil. Bunu bilirik. “Qarabağ” qazandığı titulların heç birinə asanlıqla sahib çıxmayıb. Biz bir ailə şəklində mübarizə apardıq və bu nəticələri əldə etdik.

Mənbə: apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30