26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Hafiz Məmmədov Rövnəq Abdullayevlə görüşəcək: “Bakı”sız Premyer Liqa olmaz!” EKSKLÜZİV

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandasının növbəti mövsümdə də Premyer Liqada oynamasını istəyir. Futbolxeber.az-ın məlumatına görə, Məmmədov Premyer Liqanı “Bakı”sız təsəvvür etmədiyini bildirib: “Bakı” daim Azərbaycan futboluna xidmət edib. “Bakı”sız Premyer Liqa olmaz. Mən çempionatı “Bakı” olmadan təsəvvür edə bilmirəm. Bu klub Azərbaycan futboluna xidmət etmək üçün yaradılıb. Hazırda müəyyən məsələlər var. İndi onların həlli ilə məşğuluq. Həmin problemləri həll etdikdən sonra hər şey yaxşı olacaq. İnanıram ki, növbəti mövsümdə də “Bakı” Premyer Liqada çıxış edəcək”.

Futbolxeber.az-ın əldə etdiyi başqa məlumata görə, bu yaxınlarda Hafiz Məmmədovla AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş olacaq. Məhz həmin görüşdə “Bakı”nın Premyer Liqada qalıb-qalmayacağı müəyyənləşəcək.

Qeyd edək ki, “Bakı” növbəti mövsümdə Premyer Liqada çıxış etmək lsenziya ala bilməyib. Amma AFFA-nın lisenziya verdiyi bəzi klubların taleyi qeyri-müəyyəndir. Onların nəinki növbəti mövsümdə Premyer Liqada çıxış edəcəkləri, heç növbəti mövsümün startına qədər mövcud olub-olmayaqları belə bilinmir.

Üstəlik, digər klublardan fərqli olaraq ciddi maliyyə problemi yaşamasına baxmayaraq, “Bakı” mövsümü başa vura bildi. Mövsümün gedişində “Araz Naxçıvan” kimi “Bakı”nın da Premyer Liqadan çıxacağı deyilsə də, komanda sona kimi duruş gətirdi. Bunda isə klubun öz yetirmələrinə güvənməsinin böyük rolu oldu. Əksər klublardan fərqli olaraq, əla infrastruktura sahib olan “Bakı”nın Premyer Liqada qalmaq şansı kifayət qədər yüksəkdir. 




Ad: Tural;   E-mail: [email protected]

23.05.2015 13:11

Beli Bakisiz Premyerliqanin dadi duzu olmaz,Men isterdim ki Premyerliqa kulublarinin sayini 14 1 ci divizyon kulublarinin sayini 14 etsinler her iki cebhede regabeti inkisafi artirsinlar.Premyerliqada son iki yeri tutan duwsun 1 ci divizyona 1 ci divizyonda 1 ve 2 ni tutan kulublar premyerliqaya vesiqe qazansin bu stabilliyi qorusalar inkisaf goz qabaginda olacaq.Hafiz mueelim lansa atletikoya tokulen pullari Baki FC BURAXSAZ STADIONU GOZEL DUZELTSEZ AKADEMIYANI DAHA DA GENISLENDIRSEZ VALLAH UGURUNUZ DAHA COX OLAR BUNU WEXSEN MEN DIYIREM.Biz siravi azarkeslerin yazdiqini dinleyin qulaq asin meselni jurnalistler qaldirsin affada ve cenab Ilham eliyevde butun stadionlarimiz ucun pul ayirsin gozel boyuk tutumlu stadionlar yaratmaqla duzelisler temir etdirsinler azarkes tutmunu coxaltsinlar muasir seviyyede stadion yaratsinlar hansiki mingecevir Gence Sumqayit kimi seherlerin stadionu berbad gundedir,olimpia kompleksine veren pulu stadionlara buraxsinlar cox xhaiw edirem...!!!
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30