19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA “Bakı”nın bazasına xərclədiyi 100 min manatı geri aldı EKSKLÜZİV

Maliyyə problemləri yaşayan “Bakı”nın bazasının kommunal xərclərini, meydançaların yaxşı vəziyyətdə qalması üçün lazım olan maddi vəsaiti bir müddət əvvəl AFFA ödəmişdi. Futbolxeber.az-ın əldə etdiyi məlumata görə, artıq assosiasiya “Bakı”nın bazasına xərclədiyi pulu geri alıb. Həmin məbləğ 100 min manat təşkil edir. Sözügedən vəsaiti AFFA “Bakı”nın bank təminatından götürüb. Belə ki, qış fasiləsindən sonra komanda üzvlərinin maaşlarının ödənilməsi üçün “zolaqlılar”ın mğvsümün əvvəlində lisenziya almaq üçün təqdim etdiyi bank təminatı aktivləşdirilmişdi. Həmin məbləğ 500 min manat təşkil edirdi. Onun da 20 faizi AFFA-nın hesabına köçürülüb. Məhz bu səbəbdən də “Bakı”nın futbolçuları qış fasiləsindən sonra fevral, mart, aprel və may aylarının maaşlarını alsalar da, yanvar ayının məvacibinə qovuşa bilməyiblər.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30