20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Araz Abdullayev: “Həyatda mənə serialdakı kimi “qiymət oxuyan” olmayıb”

"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev "Eks-bacanaqlar" serialına çəkilməsindən danışıb.  Futbolxeber.az saytına müsahibəsində Abdullayev dostlarının təkidi ilə bu təklifi qəbul etdiyini bildirib: "Tanışlarım var.Təklif onlardan gəldi. Mənim üçün də bir qədər gözlənilməz oldu. Elə oldu ki, təklifdən heç cür imtina edə bilmədim. Məncə, seriala çəkilməyimdə qəbahət heç nə yoxdur”.

Araz Abdullayevin serialda rol aldığı epizodda, ofisiant hesabın çox olduğunu qeyd edərək futbolçudan 250 manat tələb edir. Maraqlıdır, Abdullayev həyatda belə halla qarşılaşıbmı? Futbolçunu dinləyək: "Yox, həyatda mənə heç kim o qədər "qiymət oxumayıb". Ən çox nə qədər hesab ödədiyimi söyləmək istəməzdim. Amma bir nəfərlik yeməyə görə adamdan 250 manat istəməzlər (gülür)”.

"Gələcəkdə yenidən serialda, filmdə çəkilmək təklifi alsan, qəbul edərsənmi" sualını Abdullayev belə cavablandırıb: "İndi futbol haqda düşünürəm. Mənim üçün əsas karyeramdı. Amma təklif olsa, yenidən çəkilməyim mümkündür".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30