25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“İnter” Çempionlar Kubokunda iştirak edəcək

 

2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. Bu turnir UEFA Çempionlar Liqasının bir növ analoqudur.
Turnir hər il keçirilir və yarışmada İngiltərənin “Çelsi”, Serbiyanın “Partizan”, Rusiyanın “OMİK” və “Spartak”, Ukraynanın “Dinamo”(Kiyev) və “Şaxtyor”, Türkiyənin “Qalatasaray” kimi klubların və o cümlədən digər ölkə komandalarının da iştirak etdiyi məlumdur. 
 
Futbolxeber.az xəbər verir ki, bu il taixdə ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. Belə ki, “The children champion cup Lukoil” turnirində Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək. 
 
Bu il turnirdə Avropanın 30 komandasının iştirak edəcəyi gözlənilir. Yarışın reqlamentinə əsasən, bu klublar regional qaydaya uyğun 5 qrupa ayrılacaq. Belə ki, oyunları Moldovanın paytaxında keçiriləcək birinci qrupda Belarus, Ukrayna, Moldova, Macarıstan və Rumıniya klubları çıxış edəcək. Növbəti qrupda Latviya, Estoniya, İsveç, Norveç, Litva və Danimarka klubları mübarizə aparacaq və bu qrupun oyunları Vilnusda baş tutacaq. Digər qrupda mübarizə Serbiyada aparılacaq və burada Xorvatıstan, İspaniya, Fransa, İtaliya, Yunanıstan və Serbiya komandaları qarşılaşacaq. Çex Respublikasını Liberetse şəhərində keçiriləcək növbəti qrupun iştirakçıları Almaniya, Avstriya, Çex, Hollandiya və Slovakiya klubları olacaq. “İnter”in mübarizə aparacağı təsnifat qrupunun oyunları Türkiyənin Antalya şəhərində yerləşən “Mərdan” stadionunda baş tutacaq. Artıq komandamızın bütün rəqiblərinin adları da məlumdur. Belə ki, bu zonada Türkiyənin “Antalyaspor” və “Qalatasaray”, Bolqarıstanın “Levski”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo” komandaları mübarizə aparacaq. 
Qeyd edək ki, bu altı komanda püşkün köməyilə 2 qrupa ayrılıcaq və bu üçlüyün ən yaxşı komandaları sonradan turnirin final mərhələsinə yeganə vəsiqə uğrunda yarışacaq.Qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar təsəlliedici yerlər uğrunda mübarizə aparacaq. 
 
Turnirin final hissəsi sentyabr ayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Bu mərhələdə 6 komanda mübarizə güclərini sınayacaq, yarışın məsul siması “Qızıl top”un sahibi, dünya şöhrətli bolqarıstanlı futbolçu Xristo Stoiçkov olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30