19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rahid Əmirquliyevin 300-cü oyunu

Azərbaycan Premyer Liqasının XXXV turu “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Futbolxeber.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-yaşlllar”ın kapitanı komandanın heyətində 300-cü matçına çıxacaq. 2006-cı ilin yayında “Xəzər Lənkəran”a keçən yarımmüdafiəçi indiyədək 299 matç keçirdiyi komandada 29 qol vurub. İndiyədək 130 dəfə meydana kapitan kimi çıxan Əmirquliyevin oyun sayındakı ən yaxın izləyicisi Radomir Todorovu (183) 116 matç qabaqlayır. Rahid indiyədək çempionatda 234, kubokda 43, avrokuboklarda 15, Birlik kubokunda 6, Superkubokda 1 matça çıxıb.

Yubilyar 2006/07 mövsümündə komandasının ilk oyununda debüt edib. 9 il əvvəl avqustun 11-də Lənkəran şəhər stadionunda “Neftçi” ilə prinsipial qarşılaşmanı 78-ci dəqiqəsində Zaur Ramazanovu əvəzləyən Rahid yeni klubunda debüt edib. “Ağ-yaşıllar”ın heyətində 29 qol vuran Əmirquliyev həm də klub tarixinin 3-cü bombardiridir. O, yalnız Zaur Ramazanov (44) və Samir Əliyevdən (34) geri qalır. “Xəzər Lənkəran”ın qazandığı bütün titullarda payı olan Əmirquliyev komandayla Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kuboku, Birlik kuboku və Azərbaycan Superkubokunu qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi kapitan kimi çıxdığı oyunların sayında da klubun mütləq rekordçusudur.

 

Mövsüm

Yarış

O

Q

SV

QV

2006/07

çempionat

17

5

1

0

2006/07

kubok

8

2

0

0

2007/08

çempionat

16

1

2

0

2007/08

ÇL

2

0

0

0

2007/08

kubok

5

1

0

0

2008/08

Birlik kuboku

6

3

0

0

2008/09

çempionat

24

4

3

0

2008/09

kubok

3

0

0

0

2008/09

UEFA kuboku

2

0

1

0

2009/10

çempionat

27

1

5

0

2009/10

kubok

5

0

0

0

2010/11

Avropa Liqası

2

0

1

0

2010/11

çempionat

30

0

4

0

2010/11

kubok

6

1

0

0

2011/12

Avropa Liqası

2

0

0

0

2011/12

çempionat

31

5

5

0

2011/12

kubok

3

0

0

0

2012/13

Avropa Liqası

4

0

4

1

2012/13

çempionat

30

1

5

0

2012/13

kubok

6

2

1

0

2013/14

Avropa Liqası

3

1

1

0

2013/14

çempionat

31

0

7

0

2013/14

Superkubok

1

0

1

0

2013/14

kubok

5

0

1

0

2014/15

çempionat

28

2

8

0

2014/15

kubok

2

0

0

0

 

Superkubok

1

0

1

0

 

kubok

43

6

2

0

 

çempionat

234

19

40

0

 

Birlik kuboku

6

3

0

0

 

Avrokuboklar

15

1

7

1

 

Cəmi-10 mövsüm

299

29

50

1

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30