20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ”ın çempionluq bayramı ləğv olundu

Azərbaycan Premyer Liqasının 35-ci turunun sabah keçiriləcək “İnter” - “Qarabağ” oyunundan sonra əvvəlcədən nəzərdə tutulan atəşfəşanlıq ləğv edilib. Futbolxeber.az-ın məlumatına görə, bu haqda qol.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

O, Bakıda 15 nəfərin faciəli ölümü səbəb olan çoxmərtəbəli binadakı yanğına görə belə qərar verdiklərini bildirib.

PFL prezidenti deyib ki, matçdan sonra 2014/15 mövsümü Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ”a yalnız çempionluq kuboku və qızıl medal, “İnter”ə isə gümüş medal təqdim olunacaq. Bu zaman hər hansı bayram tədbiri, atəşfəşanlıq olmayacaq.

Matçdan əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, “İnter” - “Qarabağ” oyunu sabah saat 20.00-da “İnter Arena”da başlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30