19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin vitse-prezidenti Qarabağ veteranını işdən uzaqlaşdırması haqda danışmaq istəmədi

Xəbər verdiyimiz kimi, uzun illərdi “Neftçi”də operator kimi çalışan Dadaş Zeynalov heç bir səbəb olmadan vəzifəsindən uzaqlaşdırılıb. Zeynalov bununla bağlı “ağ-qaralar”ın vitse-prezidenti Elnur Məmmədovu ittiham edib. Futbolxeber.az saytı məsələ ilə bağlı “Neftçi”nin vitse-prezidentinin fikirlərini öyrənmək istəyib. Lakin Məmmədov məsələ haqda danışmağa razı olmayıb: “Hazırda iclasdayam. Xahiş edirəm, nə sualınız varsa, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə müraciət edin” deyən, Elnur bəyə sualın birbaşa ona aid olduğunu söyləsək də, fikrindən daşınmadı: “Başa düşürəm. Amma Gündüz bəyə müraciət edin. Siz zəng vurduz, mən iclasda olsam belə, telefona cavab verdim”...

Maraqlıdır ki, bu vəzifəyə təyinat aldıqdan sonra Futbolxeber.az saytı 3 dəfə Elnur Məmmədovla telefon əlaqəsi saxlayıb. 1 dəfə ölkə xaricində olan klub rəsmisi, 2 dəfə də “iclasda olub”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30