28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” “Qarabağ” veteranını işdən uzaqlaşdırdı

“MƏN QARABAĞ UĞRUNDA DÖYÜŞLƏRDƏ İŞTİRAK EDƏNDƏ ELNUR MƏMMƏDOV KİMİLƏR HARDA İDİ?”

Uzun illərdi “Neftçi”də operator kimi çalışan Dadaş Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Futbolxeber.az-ın məlumatına görə, Zeynalov komanda.az saytına açıqlamasında klubdan ayrılmasını bütün təfərrüatları ilə danışıb: "Bu gün Elnur Məmmədov məni yanına çağırdı. Mənimlə uzun söhbət etdi. Sonra isə mənim klubda çalışmağımın onlara sərf etmədiyini dedi. O, klubda operatorun olmasındansa, hər oyun üçün operator sifariş etmənin daha yararlı olduğunu dedi. Bu insan düz-əməlli azərbaycanca danışa da bilmir. Rusca düşünür, azərbaycanca danışır. Elnur Məmmədova nə cür işçilərin lazım olduğunu mən bilirəm. Mənim kimi 5 il Qarabağda döyüşmüş müharibə veteranı ona lazım deyil.

Klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevə çox böyük hörmətim var. O, yaxşı yazıçı və savadlı insandı. Kluba gəldiyi ilk günlərdə də, verdiyi müsahibədə komandaya iki yeni sürücü gətirdiyini, onların da Qarabağ müharibəsi veteranı olduğunu demişdi. İndi mən Çingiz bəyə səslənirəm. Qoy görsün ki, onun işçisi Qarabağ veteranını heç bir səbəb göstərmədən işdən qovur.

Mən 10 ildi klubda çalışıram. Ramin Musayevlə, Tahir Süleymanovla, Sadıq Sadıqovla çalışmışam. İsəyirsiz, onlardan soruşun, görək mənim işimdə nə isə nöqsan olubmu? Bu insan məni nöqsanım olduğuna görə yox, sadəcə, burda istəmədiyinə görə qovur. Klubda sadəcə iki operator var idi. Mən əsas komandanın, digər operator isə əvəzedicilərin oyununu işıqlandırırdı. Mən ölkə prezidentinə, AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edirəm. Vətənin azadlığı uğrunda 5 il döyüşmüş birini işdən kənarlaşdırırlar. Ümumilli lider Heydər Əliyevin bir çağırışıyla müharibəyə yollanmışdım. Mən Qarabağ uğrunda döyüşlərdə iştirak edəndə Elnur Məmmədov kimilər harda idi?

Çox xahiş edirəm, Çingiz Abdullayev klub rəsmisinin etdiyi özbaşınalıq, onun qərarlarına etdiyi hörmətsizliyə fikir bildirsin".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31