29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yaşar Vahabzadə: “Farer adaları ilə görüşdə qələbəni gözəl oyunla qazanmaq istəyirik”

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirəcəyiniz oyunun tarixi iyunun 15-dən 17-sinə keçirildi. Bunun səbəbi nədir?

- Oyunun vaxtının dəyişdirilməsi istəyi bizdən yox, rəqibdən gəlib. Farer adaları UEFA-ya müraciət edib. Səbəb otel problemidir. Həmin stadionda Farer adalarının əsas millisi də meydana çıxacaq. Meydan sahibləri otel probleminin yaşanmaması üçün belə addım atıblar. Onlar da istəyirlər ki, biz oynayacağımız şəhərdə yerləşən oteldə qalaq. Buna görə də UEFA Farer adalarının istəyini qəbul edib

- Bu dəyişiklik komandanın hazırlığına problem yaratmayacaq ki?

- Yox. Heç bir problem yoxdur. Əksinə, indi hazırlıq üçün 2 gün artıq vaxtımız olacaq.

- Avstriya toplanışın ləğv olunması U-21-in seçmə mərhələ öncəsi hazırlığına təsir göstərəcək?

- Heç bir təsiri yoxdu. Biz plan üzərində işləyirik. Qarşıdakı 2-3 gündə hansı ölkədə hazırlıq keçəcəyimiz, təlim-məşq toplanışının detalları tam məlum olacaq.

- Deməli, komandanızın Danimarkada təlim-məşq toplanışı keçəcəyi hələ dəqiqləşməyib?

- Yox, hələ dəqiq deyil. Danışıqlar gedir. 2-3 variant üzərində çalışırıq.

- Yoxlama oyunu da hazırlıq keçəcəyiniz ölkəyə əsasən müəyyənləşəcək?

- Bəli. İlk növbədə harada hazırlıq keçəcəyimiz məkanı dəqiqləşdirməliyik. Ondan sonra yoxlama oyunu barədə düşünəcəyik.

- Heyəti nə vaxt açıqlamağı planlaşdırırsınız?

- Hələlik baxırıq. Namizədlər var. Çempionatın sonuna 2 tur qalıb. Yəqin ki, ayın axırında siyahını açıqlayacağıq. İnanıram ki, millidə görmək istədiyimiz futbolçular ümidlərimizi doğruldacaqlar.

- Farer adaları ilə oyundan öncə sizi ən çox nə narahat edir?

- Mənim ən çox narahat edən hücumçu problemidi. Qalan mövqelərdə problemimiz yoxdur.

- Hücumçu problemini necə həll etməyi düşünürsüz?

- Müəyyən fikirlərimiz, planlarımız var. Hər halda həll edəcəyik.  

- Farer adaları ilə oyunda komandanın məqsədi nə olacaq?

- Məşqçi istəyir ki, komandası hər oyunda qələbə qazansın. Eyni zamanda biz də səfərə qələbə üçün yollanacağıq. Ancaq Farer adaları ilə oyunda istəyimiz təkcə qələbə qazanmaq deyil. Qəbələni gözəl oyunla əldə etmək istəyirik. Meydanda mübariz komanda görməyi arzulayıram. İnanıram ki, istəyimizə də çatacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31