29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mircavadov dünənki faciənin canlı şahidi olub: “Ən pisi odur ki, insanlara kömək edə bilmirdik”

“Mənim evim həmin binanın yanındadı. Belə bir faciəyə şahid olmaq məni çox məyus etdi. Düşünürəm ki, bu üzlükləri dərhal sökmək lazımdır”. Futbolxeber.az saytına açıqlamasında bunu təcrübəli mütəxəssis, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.   

Dünən Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən faciəvi yanğının şahidi olan Mircavadov, həmin binaların çox dözümlü olduğunu bildirib: “Bu 16 mərtəbəli binalar ötən əsrin 80-ci illərində tikilib. Çox dayanaqlı binalardır. O vaxt zəlzələ olanda binaya heç bir zərər dəymədi. Mənim evimdə bir qab belə, yerə düşməmişdi. Hesab edirəm ki, binadakı üzlükləri söküb, rəngləmək lazımdır”.  

Mircavadov yanğın zamanı çox məyus olduğunu vurğulayıb: “11-ə qalmış mən ordaydım. Əsl faciə idi. Ən pisi isə odur ki, insanlara kömək edə bilmirdik. Sadəcə, dayanıb tamaşa edirsən. Bir gəlin pəncərədən əl edirdi. Amma heç kim yaxınlaşıb, onu xilas edə bilmirdi. Sonda vertolyotla onu yanğından qurtardılar.  Tüstü sanki acı zəhər idi. Yaxına belə getmək mümkün deyildi. Həmin binada yaşayan tanışlarım var. Axşam saatlarında onlarla söhbət etdim. Bildirdilər ki, cəld tərpənib evlərindən çıxıblar”.

Təcrübəli mütəxəssis zərəçəkmişlərə dövlətin dəstəyini qeyd edib: “Hadisələrin canlı şahidiyəm. Ölkə rəhbərliyi sağ olsun ki, hadisədən sonra insanlara hər cür köməklik göstərilr. Bu gün səhər saatlarında dövlət başçımız İlham Əliyev də hadisə yerində olub. Hər şey nəzarət altındadır.  İndiki məqamda əsas odur ki, bu faciə sabah yenidən təkrarlanmasın. Həmişə ayıq olmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31