28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əfran İsmayılov: "Çox pul itirmişəm, daha itirmək istəmirəm"

Bakının “İnter” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi 

- Səncə, çempion olmaq üçün “İnter”də nə çatışmadı?

- İlk öncə onu deməliyəm ki, “Qarabağ” çox güclü idi. Son turlarda çempionluğa az da olsa şansımız qalmışdı. Amma “Qəbələ” ilə səfər matçında əlimizdən gələni etsək də, alınmadı. Çox ağır oyun keçdi. Düşünürəm ki, matçın heç-heçə bitməsi ədalətli nəticə oldu. Bu qədər problemlər qarşısında çempionatı ikici pillədə başa vurmağımız da yaxşı nəticə olacaq. “Qarabağ”ı  çempionluq münasibəti ilə təbrik edirəm. Onlar birinciliyə layiq idi.

- “Qəbələ” ilə oyundan öncə çempionluq şanslarınız öz əlinizdə idi. Bu səfər matçında rəqib çox güclü idi, yoxsa məlum problemlər sizi sarsıtdı?

- Biz artıq problemləri düşünmürük. Çünki bu, bir-iki günün məsələləri deyil. Artıq iki aydan çoxdur ki, bu şəkildə davam edir. Yəni problemləri düşünsək, gərək çoxdan iddialarımızdan əl çəkəydik. Amma hər kəs gördü ki, sona kimi əlimizdən gələni etdik. Onu da qeyd etməliyəm ki, “Qəbələ” hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır.

- “Qarabağ”ın çempion olması barədə nə deyə bilərsən?

 - “Qarabağ” çempionluğa ən real namizəd idi. Bəzən olur ki, bir klub çempion olanda müxtəlif söhbətlər ortaya atılır. Ancaq heç kim deyə bilməz ki, "Qarabağ"  kimlərin və nələrinsə hesabına çempion oldu. “Qarabağ”ı təbrik edirəm . Həqiqətən mənim üçün sevindirici haldır ki, bu klub bizi Çempionlar Liqasında təmsil edəcək. İnanıram ki, uğurlu nəticələri ilə hər kəsi sevindirəcəklər. Onların uğur qazanması bütün Azərbaycan xalqı üçün sevindirici haldır.

 - Bir vaxtlar şərəfini qoruduğun və səni Azərbaycan futboluna bəxş edən “Qarabağ”dan kimlərisə təbrik etdin?

- Bəli, Rəşad Sadıqovla danışıb təbrik etmişəm. Kimi görürəmsə, təbriklərimi çatdırıram.

- “İnter”lə müqavilən yayda başa çatır. Gələcək karyeran haqqında nə düşünürsən?

- Klubdan bizə deyiblər ki, tələsik qərar verməyək. Yeni büdcə açıqlanandan sonra bizim məvaciblərimiz də bilinəcək. Bundan sonra qalıb-qalmayacaqlarına futbolçuların özü qərar verəcək. Mən də gözləyirəm görüm nə olacaq. Əgər “İnter”in şərtləri uyğun olsa, bu klubda qalacam. Bunu çox istəyirəm.

- Şərtlərlə razılaşmasan, karyeranı harda davam etdirmək istəyirsən?

- Bu haqda indidən nəsə demək tezdir. Menecerlərimə də deyirəm ki, hələlik heç bir danışıq aparmasınlar. Açığı, real təklif də almamışam. Çempionatın başa çatmasına iki tur qalıb. Bu matçları və milli komandanın qarşıdan gələn oyunları haqda düşünürəm. Hələ tələsmirəm. Öncə “İnter”dən gələcək təklifi gözləyirəm.

- Azərbaycan Premyer Liqasında hazırda mübarizə aparan bir çox klubların şərəfini qorumusan. “İnter”dən gedəsi olsan, birinci diviziondan Premyer Liqaya vəsiqə qazanan klubların birində çıxış etməyə razı olarsan?

- Futbol elə bir oyun növüdür ki, heç kim deyə bilməz, mən hansısa klubda oynamaram. Hətta ola bilər ki, birinci divizion klubuna da möhtac olarsan. Ona görə də indidən bu haqda heç nə demək istəmirəm. Hər şey ola bilər. Türkiyə klublarından birinə də gedə bilərəm. Yəni ortada qalmamışam. Sadəcə, sonda özüm və karyeram üçün ən yaxşı qərarı verəcəm. Çünki bu günə kimi çox pul itirmişəm. Daha itirmək istəmirəm.

 - Azərbaycan kubokunun final matçına az qalıb. "Qarabağ"ın qalib olmağını istəyirsən, yoxsa "Neftçi"nin?

- Mənim üçün fərqi yoxdur. Yaxşı oynayan qalib gəlsin. Əsas odur ki, finala yaraşan oyun olsun.
 

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31