25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Cəzalı məşqçi yenidən cəzalandı: növbəti mövsümün ilk 16 turunu buraxmalı olacaq

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 14 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Şuşa Qarabağ” - “Kəpəz” matçı başa çatdıqdan sonra “Şuşa Qarabağ” klubun baş məşqçisi Nadir Qasımov meydançaya daxil olaraq geniş kütlə qarşısında hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulub, klub 2000 manat cərimə olunub.

Qeyd edək ki, Qasımov ardıcıl üçüncü dəfədir ki, cəzalanır. Belə ki, Qasımov 22 martda “Şəmkir”lə oyun zamanı texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra Qasımov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalanıb. Daha sonra 30 apreldə XXVI turun “Qaradağ Lökbatan”la matçda Nadir Qasımov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanıb. Bu gün isə təcrübəli mütəxəssis 10 oyunluq cəzalanıb. Ümumilikdə, Qasımov üst-üstə 26 oyunluq cəzalanıb. 20-ci turdan sonra 8 oyun keçib. Mövsümün sonuna 2 tur var. 10 oyunu çıxdıqdan sonra məlum olur ki, Qasımov növbəti mövsümün ilk 16 turunda da cəzalı olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30