25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ı meydanda alqışlamağa hazıram”

“İnter”in yarımmüdafiəçisi Mikel Alvaronun müsahibəsi

- Artıq Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümü  başa çatır. Komandanız üçün mövsümü necə dəyərləndirirsən?

 - Düşünürəm ki, mövsüm bizim üçün yaxşı keçdi. Düzdür, çempion ola bilmədik, amma bunun da səbəbləri var. Heyətdə zədəlilərin çox olması xal itkisi ilə üzləşməyimizə səbəb olurdu. Məğlub olmasaq da, bərabərliklər işimizi çətinə saldı. Xal itirdiyimiz oyunlarda qələbə qazansaydıq, bu gün istədiyimizə nail ola bilərdik.

- Çempion olmağınıza qeyd etdiyin səbəblər mane oldu?

- Əgər diqqət yetirsəniz, görərsiniz ki, “Qəbələ” ilə  “İnter Arena"da oynadığımız matçdan başqa, turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan komandaların heç birinə məğlub olmamışıq. Sadəcə, son pillələrdə olan komandalarla oyunlarda xal itirmişik. Həmin qarşılaşmalar da heç-heçə bitib

- “Qəbələ” ilə səfər matçındakı son şansınızı niyə dəyərləndirə bilmədiniz?

- “Qəbələ” son zamanlar Azərbaycan Premyer Liqasının ən formada olan komandalarından biridir. Uzun müddətdir məğlub olmamaları da onlara əlavə stimul verir. Həmin matçda son saniyəyə kimi mübarizə apardıq. Qələbə qazana bilsəydik, növbəti turda “Qarabağ”la həlledici oyuna çıxacaqdıq. Lakin bərabərlik şanslarımızı tükəndirdi və “Qarabağ”  çempion oldu.

- Komandada olan maddi problemlər oyunlarınıza təsir edir?

- Meydana çıxanda təbii ki, problemlər haqqında düşünmürsən. Amma evə gedəndə bu haqda fikirləşməyə məcbur olursan. Ümumi şəkildə deyə bilərəm ki, o qədər də mane olmadı. Biz peşəkar futbolçuyuq və öz işimizə də peşəkar yanaşırıq.

- Növbəti turda doğma meydanda “Qarabağ”la qarşılaşacaqsınız. Dünyanın əksər ölkələrində erkən çempion olan komandanı rəqibləri çempion olduqları üçün öz meydanlarında alqışlarla qarşılayır. Bəs siz "Qarabağ"ı necə qarşılayacaqsınız?

- Bəli, bu adət çox ölkələrdə var. Stadionda futbolçular tərəfindən dəhliz qurulur və çempionu alqışlarla qarşılayırlar. Belə qərar olsa, mənim üçün problem deyil. Onları çempion kimi alqışlayaram.

Artıq mövsüm başa çatır. Hansısa klubdan dəvət almısan?

- Bu haqda hələ düşünmürəm. Amma təkliflər var.  “İnter”də qalıb-qalmayacağım haqda qərarı mövsümün sonunda verəcəm.

- Təkliflər Azərbaycan klublarındandır,  yoxsa ölkə xaricindən?

- Azərbaycandan deyil. Daha çox xarici ölkələrdən dəvət almışam. Bu təkliflər sadəcə maraq da ola bilər. Gəlin, indidən bu haqda danışmayaq. “İnter”in durumu məlum olandan sonra hər şey bilinəcək.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30