25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Bayıl Arenada hakim biabırçılığı

ÖMƏR PAŞAYEV "BAKI"NI "DƏFN ETDİ"

Bu gün “Bayıl Arena”da U-17 Azərbaycan kubokuna yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, həlledici oyunda “Qəbələ” və “Bakı”nin müvafiq yaş qrupu üzrə klubları üz-üzə gəliblər. Görüşə maraq kifayət qədər idi. Hər iki komandanın azarkeşləri, klub rəhbərləri, eləcə də futbol ictimaiyyətinin xeyli nümayəndəsi qarşılaşmaya canlı tamaşa edirdi.

Yüksək təşkilatçılığa, maraqlı oyuna, gərgin idman mübarizəsinə kölgə salan isə matçın baş hakimi Ömər Paşayev oldu. Premyer Liqa təcrübəsi olan Paşayev 90 dəqiqə ərzində bir sıra biabırçı qərarları ilə yadda qaldı. Paşayev xüsusən də “Bakı”ya qarşı qərəzli mövqe tutmuşdu. İlk yarıda, hesab 1:1 olarkən baş hakim “Bakı”nın qolunu hesaba almadı. Halbuki epizodun təkrarına baxdıqda, baş hakimin səhvə yol verdiyi görünür.

İkinci yarıda Paşayev “Bakı”nın üzvü Qara Mehrəlizadəni meydandan qovdu. Bu epizoda görüşə canlı olaraq tamaşa edən “Qəbələ” rəsmisi, İngiltərə futbolunun canlı əfsanəsi Toni Adams belə etiraz etdi. Adams da hakimin qırmızı vərəqə qərarının ağır olduğunu vurğuladı. Bununla da kifayətlənməyən Paşayev sonda “Bakı”ya daha bir “zərbə” endirdi. Referi “Bakı”nın qapısına şübhəli penalti təyin etməklə, görüşün nəticəsinə birbaşa təsir göstərdi. Bütün bunları deməklə, “Qəbələ”nin qələbəsinə kölgə salmaq fikrində deyilik. Amma reallıq budur ki, Ömər Paşayev biabırçı hakimliyi ilə baxımlı oyuna zərbə endirdi.

Yekunda 4:1 hesablı qələbə qazanan “Qəbələ” kuboka sahib çıxdı.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30