28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Konstantin Abramenkonun xatirəsinə həsr olunmuş turnir keçirilib

"Təhsil" Respublika İdman mərkəzinin Gəncə filialının AFFA tərəfindən salınmış süni örtüklü meydançasında Azərbaycanın əməkdar məşqçisi, tanınmış uşaq futbolu mütəxəssisi mərhum Konstantin Maksimoviç Abramenkonun xatirəsinə həsr olunmuş turnir keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yarışdan öncə veteran futbolçular və şəhər idman ictimaiyyətinin nümayəndələri mərhum məşqçinin məzarını ziyarət edib.

AFFA-nın dəstəyi ilə keçirilən turnirdə 10 komanda mübarizə aparıb. “Gənclərbirliyi” yarışın qalib olub. Turnirin son oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. "Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev yarışın keçirilməsinə dəstək verdiyi üçün AFFA-ya təşəkkürünü bildirib.

Futbolçulara AFFA tərəfindən diplom, medal, hədiyyələr və kubok təqdim olunub.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31