20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çempionluq siyahısı: 8 klub, 10 məşqçi

Azərbaycan Premyer Liqasının 34-cü turu 2014/15 mövsümünün çempionunun adına aydınlıq gətirib. Futbolxeber.az-ın məlumatına görə, “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 2-ci dəfə qızıl medalları qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sona 2 tur qalmış izləyiciləri üçün əlçatmaz olub. Bu çempionluq “Qarabağ”ın 3-cü zəfərdir. İndiyədək 8 komanda Azərbaycan çempionu olub: “Neftçi” - 8, “Kəpəz”, “Qarabağ” - hər ikisi 3, “Şəmkir”, “Bakı”, “İnter” - hamısı 2, “Turan”, “Xəzər Lənkəran” - hər ikisi 1 dəfə.

Qurbanov isə baş məşqçi kimi 2-ci dəfə ölkə çempionu olub. Ümumilikdə 10 baş məşqçi komandası ilə çempion olub: Ağasəlim Mircavadov - 5, Kazbek Tuayev - 4, Mehman Allahverdiyev, Böyükağa Hacıyev - hər ikisi 3, Qurban Qurbanov - 2, Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Arif Əsədov - hamısı 1. 

mövsüm

Çempion

Baş məşqçi

1992

“Neftçi”

Əhməd Ələsgərov

1993

“Qarabağ”

Ağasəlim Mircavadov

1993/94

“Turan”

Kazbek Tuayev

1994/95

“Kəpəz”

Mehman Allahverdiyev

1995/96

“Neftçi”

Kazbek Tuayev

1996/97

“Neftçi”

Kazbek Tuayev

1997/98

“Kəpəz”

Mehman Allahverdiyev

1998/99

“Kəpəz”

Mehman Allahverdiyev

1999/2000

“Şəmkir”

Ağasəlim Mircavadov

2000/01

“Şəmkir”

Ağasəlim Mircavadov

2001/02

yarımçıq qalıb

2003/04

“Neftçi”

Kazbek Tuayev

2004/05

“Neftçi”

Ağasəlim Mircavadov

2005/06

“Bakı”

Böyükağa Hacıyev

2006/07

“Xəzər Lənkəran”

Ağasəlim Mircavadov

2007/08

“İnter”

Valentin Xodukin

2008/09

“Bakı”

Qyoko Hacievski

 2009/10

 “İnter”

Kaxaber Sxadadze

2010/11

“Neftçi”

Arif Əsədov

2011/12

“Neftçi”

Böyükağa Hacıyev

2012/13

“Neftçi”

Böyükağa Hacıyev

2013/14

 "Qarabağ"

Qurban Qurbanov

2014/15

 "Qarabağ"

Qurban Qurbanov

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30