29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Klublar lisenziya ala bilməmələrinin səbəblərini açıqlamırlarsa, biz niyə bunu açıqlayaq ki?”

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Mayın 9-da Lisenziyalaşdırma Komissiyasının növbəti iclası keçirildi. İclasdan sonra lisenziya alan və ala bilməyən klubların adları açıqlansa da, konkret səbəblər göstərilmədi. Siz bu məsələyə necə aydınlıq gətirə bilərsiz?

- Biz klublara konkret hansı səbəbdən lisenziya ala bilmədiklərini demişik. UEFA-nın qərarına əsasən, bunu ictimaiyyətə açıqlaya bilmərik. Klub istəyər hansı çatışmazlığı olduğunu açıqlayar, istəməsə açıqlamaz.

- Dəqiq cavab ala bilmədiyimdən bir-bir soruşum. Maddi baxımdan heç bir problemi olmayan “Neftçala” niyə lisenziya ala bilmədi?

- Hansı çatışmazlıqların olduğunu biz “Neftçala” rəsmilərinin diqqətinə çatdırmışıq. Onlara digər mətbuat nümayəndələri bu haqda sual versələr də, bildiriblər ki bu, klubun daxili işidir. Belədə onların açıqlamadığını biz niyə açıqlayaq ki?

- “Bakı”nın lisenziya ala bilməməsi haqda sual versəm, eyni cavabı alacağam, yoxsa burda maliyyə problemlərinin də rolu var?

- Təbii ki, cavabım eyni olacaq. Amma “Bakı”da ciddi maliyyə problemlərinin olduğu heç kimə sirr deyil.

- “Bakı” kimi “İnter” və “Simurq”da da hazırda ciddi maliyyə problemləri var. Bəs, onlara lisenziya necə verildi?

- Klublar lisenziya almaq üçün hesabat verirlər. Həmin hesabat isə əvvəlki ili əhatə edir. Yəni, növbəti mövsümdə Premyer Liqada iştirak etmək üçün klublar bizə 2014-cü ilin hesabatını veriblər. Ötən ildə isə “İnter” və “Simurq”da maliyyə baxımından heç bir problem yaşanmayıb.

- "İnter" və "Simurq" yeni mövsüm üçün bank təminatını təqdim ediblər?

- Təbii ki. Təqdim etməsəydilər, lisenziya almazdılar.

- Axı, bu real görünmür...

- Təqdim edbilər.  

- Maraqlıdır, “Neftçala”nın ala bilmədiyi lisenziyanı “Kəpəz” necə aldı?

- Deyə bilərəm ki, I division klublarının durumu arasında kəskin fərq yoxdur. Məsələ ondadır ki, klublar lisensiyalaşdırma prosesinə məsuliyyətlə yanaşsınlar. “Kəpəz” lazım olan bütün sənədləri bizə təqdim etdi. “Neftçala” isə bütün sənədləri təqdim etməyib. Komissiya təqdim olunan sənədlərə baxır. Komandanın birinci, ya axırıncı yeri tutması böyük önəm kəsb etmir. Əsas sənədlərdi. Lazım olan sənədləri vaxtında təqdim etsəydi, “Neftçala” da lisenziya ala bilərdi.

- Amma lisenziya ala bilməyən klubların hələ də şansı var…

- Biz qərarı ayın 9-u açıqlamışıq. Orada da qeyd olunub ki, qərarla razılaşmayan klubların 10 gün ərzində şikayət vermək hüququ var.

- Bu günə kimi AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verən klub olub?

- Hələ ki yox. Amma 19-una kimi vaxt var.

- Mətbuatda xəbərlə yayılıb ki, növbəti mövsümdən “Turan-Tovuz” və “Mil-Muğan” da Premyer Liqada mübarizə aparacaq. Bu nə dərəcədə realdı?

- Dediyim kimi, lisenziya ala bilməyən istəyən klubun appelyasiya şikayət vermək hüququ var. Appelyasiya şikayəti təmin olunsa, lazım olan sənədlər qaydasındadırsa, mümkündür. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31