20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

UEFA: "Neftçi"nin diktaturası"

 

UEFA-nın rəsmi saytı “Neftçi”nin dalbadal üçüncü, ümumilikdə səkkizinci dəfə Azərbaycan çempionu adını qazanması ilə bağlı yazı dərc edib. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi”nin diktaturası” adlı yazıda klubun rəhbərliyinin, məşqçi və futbolçuların fikirlərinə yer verilib.

Vitse-prezident Tahir Süleymanov deyib ki, bu dəfə mükafatı qazanmaq ötənilkindən daha çətin olub. O xatırladıb ki, 2011/12-ci il mövsümündə komanda çempionatın başa çatmasına üç, ötən il iki, bu dəfə isə bir tur qalmış birinciliyi təmin edib: “Biz mövsüm ərzində bir neçə dəfə çətinliklə üzləşdik. Amma buna baxmayaraq, sübut etdik ki, komandamız yenə də Azərbaycanda ən güclüdür”.

“Neftçi”nin kapitanı Rəşad Sadiqov qeyd edib ki, onlar bu uğuru qazanacaqlarına inanıblar və buna nail olublar.

Komandanın müdafiəçisi İqor Mitreski uğurda klubun prezidenti Sadıq Sadıqovun xüsusi rolunu qeyd edib: “O, bizi həmişə dəstəkləyib. Biz yaxşı təcrübə toplamışıq, Avroliqanın qrupundan oynamışıq. İnanıram ki, bu tempdə də davam edəcəyik”.

Hücumçu Nikolas Kanales isə deyib: “Çempion olmaqdan gözəl bir duyğu yoxdur. Bu gun uzun sürən marafondan sonra çempionluğu yaşadım. “Çempionluq yolunda mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Bu gün çox gözəl bir gündür”.




Ad: ayaz nezerov;   E-mail: [email protected]

16.05.2013 14:07

neftci neftci sene yeksen seni cox sevirem
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30