5 Aprel 2026, Bazar günü
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"
Kaxaber Sxadadzedən qələbə şərhi
"Zirə" Azərbaycan çempionu oldu
“Finala çıxdığımızı düşünmürəm”

Ölkə futbolu

“Neftçi” 3 futbolçusunu transferə çıxardı

Azərbaycan Premyer liqasının 33-cü turu çərçivəsində keçirilmiş “İnter” - “Neftçi” (4-0) oyunundan sonra Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə klubun bazasında təcili toplantı keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda şura üzvləri Cəbrayıl Cəbrayılov, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov, icraçı direktor Elnur Məmmədov, icraçı direktorun müavini Mübariz Xudiyev, komandanın baş məşqçisi Arif Əsədov və idman direktoru Vəli Qasımov da iştirak edib. Ümumi müzakirələrdən sonra son turlarda komandanın sərgilədiyi oyunlar nəzərə alınaraq, futbolçular - Rauf Əliyev, Mirhüseyin Seyidov və Elvin Yunuszadənin əvəzedici komandaya göndərilməklə transferə çıxarılmasına qərar verilib. Komandanın əcnəbi futbolçularının müqaviləsinin uzadılıb-uzadılmayacağına isə son oyunların nəticələrinə əsasən qərar veriləcək. Toplantıdan sonra komanda ilə görüş keçirilib və qərarlar futbolçulara elan olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30