26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rail Məlikov və Arif İsayev cəzalandırıla bilər

“Tək “Ankaragücü” matçınınkı yox, bütün mükafatlar futbolçulara verildi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Dənizlispor”un maliyyə məsələləri üzrə vitse-prezidenti Taner Atilla deyib.

Bazar ertəsi “Dənizlispor”un 24 futbolçusu klub rəhbərliyi əleyhinə bəyanat yayıb. Rail Məlikovla Arif İsayevin də imzasının olduğu bəyanatda futbolçulara söz verilən pulların ödənilməməyi pislənilib. Bundan sonra klub rəhbərliyi futbolçuların pullarını ödəyib.
 
Bu üsyanın başında kapitan Vəli Acarın durması isə klub rəhbərliyinə pis təsir edib. Atillanın sözlərinə görə, kapitan bu hərəkətlərindən öncə düşünsə, yaxşı olardı: “Heç olmazsa, mənə zəng edərdilər, ancaq axtarmadılar. Kapitan dediyin adam belə hərəkətlərin qarşısına keçib abilik edər. Bir neçə futbolçunun müqaviləsi yenilənmədi deyə bu cür hərəkətlərə ehtiyac yox idi. Üstəlik, Vəli Acar komandada ən çox pul alan oyunçulardandır. Bu komanda bu şəhərin hər şeyidir, ən böyük dəyəridir. Pul problemi hər klubda olur, amma əsl problem köhnə rəhbərliyin vaxtından alacaqlarla bağlıdır. Vəli Acar və bir çox futbolçunun bizim dönəmdə alacaqları yoxdur”. 
 
Məhz bu açıqlamadan sonra məlum olub ki, klub rəhbərliyi toplantı keçirib. Hərəkətləri ilə narazılığa səbəb olan bəzi oyunçuların intizam qaydalarını pozduqlarına görə cəzalandırılması qərara alınıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30