24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ruslan Abışov: "Çalışacağıq ki, xalqımızı bayram günlərində sevindirək"

Milli komandamızın və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışov Futbolxeber.az saytına müsahibə verib.

- Ruslan, artıq bu gün millinin düşərgəsinə qoşuldun və 2 məşqdə iştirak etmisən. Təəssüratların necədi?

- Hər şey yaxşıdı. Millidə olduğum üçün sevinirəm. Qarşıda bizi vacib oyunlar gözləyir. Çalışacağıq ki, istədiyimiz nəticələri qazanaq.

- Komandadan ab-hava necədi?

- Ab-hava əladı. Uşaqlar bütün gücləri ilə qarşıdakı oyunlara hazırlaşırlar. Hər kəs işinə məsuliyyətlə yanaşır.

- Qarşıda millimizi Lüksemburq və Portuqaliya ilə oyunlar gözləyir. Bu matçlar haqda nə deyə bilərsən?

- Daha çox Lüksemburqla oyundan yaxşı nəticə gözləyirik.Çalışacağıq ki, səfərdə çıxış etməyimizə baxmayaraq, yaxşı nəticə edib, xalqımızı, azarkeşlərimizi bu bayram günlərində sevindirək. Hər kəs əlindən gələni edəcək ki, vətənə qələbə ilə dönək.

-  Portuqaliya ilə oyundan nə gözləyirsən?

- Çox çətin oyun olacaq. Rəqibin heyətində adlı-sanlı futbolçular var. Amma hazırda daha çox Lüksemburqla oyunu düşünürük. İnşallah, Lüksemburqdan istədiyimiz nəticə ilə ayrılaq, sonra diqqətimizi Portuqaliya ilə matçda yönəldəcəyik.

- Artıq bir müddətdir ki, "Rubuin"dəsən. Yeni komandanda işlərin necədir?

- Hər şey yaxşıdır. Məşqlərdə bütün gücümlə çalışıram. Bir müddət əvvəl əməliyyat keçirmişdim. İndi vəziyyətim daha yaxşıdır.

- Geridə qalan 2 tur ərzində adın "18-liy"ə düşmədi. Növbəti turda "Lokomotiv"lə qarşılaşacaqsınız. Həmin görüşdə səni meydanda görə biləcəyik?

- Mən də məhz bunun üçün çalışıram. Heyətə düşmək üçün əlimdən gələni edirəm. İndi özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, məhz "Lokomotiv"lə oyunda şans qazanacağam. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30