23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Roman Qriqorçuk: “Qəbələ” xal itirəndə ilk növbədə ukraynalı futbolçular tənqid olunurdu”

“Fikrimcə, indi “Qəbələ” tam fərqli futbol oynayır. Hələ ki oyunumuzu ideal adlandırmaq olmaz. Lakin hazırda məqsədimizə doğru irəliləyirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukrayna mətbuatına danışan Qriqorçuk, həmyerlilərnin “Qəbələ”də qalmasını istədiyini bildirib: “Əvvəldən də hər 3 ukraynalı futbolçuya bildirmişdim ki, onlardan daha çox şey tələb edəcəyəm. Həqiqətən də onların üzərində çox məsuliyyət var. Komanda xal itirəndə ilk növbədə ukraynalı futbolçular tənqid olunurdu. Odur ki, başqa yolları yox idi: dayanmadan inkişaf etmək lazım idi. Komandaya gəldiyimdə transferlər üçün vaxtımız çox az idi. Ona görə də əsasən tanıdığım futbolçulara dəvət göndərdim. Onların komandada qalmasını istəyirəm.  Öz futbolçularımı çox sevirəm. Bezotosnı komandada vacib fiqurdur. İlk vaxtlar müəyyən səhvləri olsa da, hazırda stabil çıxış edir. Aleksey Qay mərkəzdə “Qəbələ”nin aparıcı fiqurudur. Ruslan Fomindən isə daha çox qol gözləyirik. Hələ ki çox fərqlənə bilmir. Lakin ümidimizi üzmürük”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30