20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Xəzər Lənkəran" Avroliqaya öz gücünə yollanmaq istəyir"

"Düzdür, artıq Avroliqada çıxış edəcəyimiz dəqiqləşib. Amma "Xəzər Lənkəran" Avroliqaya öz gücünə yollanmaq istəyir. Buna görə də finalda əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev deyib.

Babək bəy finala ciddi hazırlaşdıqlarını bildirib: "Final oyunu bizim üçün mühüm əhəmiyyət kəsb edir. Həlledici qarşılaşmaya ciddi şəkildə hazırlaşırıq. Daha sonra isə Avroliqada mübarizəyə qoşulacağıq. "Xəzər Lənkəran" klubu olaraq, bütün gücümüzlə səy göstərəcəyik ki, ölkəmizi qitə kuboklarında layiqincə təmsil edək".

Klub rəsmisi komandanın hazırlıq planlarından da söz açdı: "İyunun 19-20-də komandamız Avstriyaya yollanacaq. Hazırlığımız məhz bu ölkədə baş tutacaq. Lakin təlim-məşq prosesinin konkret müddəti hələlik bəlli deyil. Bu, Avroliqanın püşkatmasından sonra dəqiqləşəcək".

B.Quliyev transfer çalışmalarının davam etdiyini, lakin hələlik heç bir futbolçu ilə rəsmən müqavilə imzalamadıqlarını da sözlərinə əlavə etdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30