23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Ayntraxt"ın futbolçusu “Qarabağ”ın transfer siyahısında

Ağdamın “Qarabağ” klubunun transfer siyahısında olan daha bir futbolçunun adı məlum olub. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri yay "transfer pəncərə”sində yığmamızın futbolçusu Taşkın İlteri heyətinə qatmaq istəyir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bakı “İnter”ində çıxış edən müdafiəçisi Azər Salahlı ilə anlaşan Ağdam klubu U-21-in daha bir oyunçusunu heyətinə qatmaqda maraqlıdı. Belə ki, gənclər arasında AVRO-2015-in seçmə mərhələsində İlterlə Azər millimizin formasını geyiniblər. Salahlının cəmi 3 matça çıxdığı tsikldə Taşkın 7 qarşılaşmanın iştirakçısı olub.

1984-cü il iyulun 5-də Almaniyada anadan olan milliləşən legioner ölkəmizin digər yığmalarının da formasını geyinib. U-21-ə qədər U-19-da da çıxış edən yarımmüdafiəçi Berti Foqtsun baş məşqçi olduğu vaxtda əsas yığmaya da cəlb olunub.

Taşkın 2013-cü il noyabrın 19-da Bişkekdə Qırğızıstan yığması ilə qarşılaşmanın start heyətində yer alıb. O, həmin görüşdə 64 dəqiqə forma geyinib.

Berlində anadan olan futbolçunun klub karyerası Almaniya ilə bağlıdı. “Rasmaniya”, “Herta” və “Türkiyemspor”un yeniyetmə komandalarında çıxış edən futbolçu peşəkar karyerasına Braunşveyq “Ayntraxt”ında başlayıb.

Bu klubun 2-ci komandasının formasını geyinən yarımmüdafiəçi artıq 2-ci mövsümdür ki Şimal Regional liqasında çıxış edir. 2013/14 mövsümündə bu komandada 13 oyun keçirən yarımmüdafiəçi cari mövsüm 15 matçda 1 qol vurub. O, bu qolu I turun “Luneburger”lə görüşündə rəqib qapısından keçirib.     

Qeyd edək ki, İlter 2014-cü ilin oktyabrında Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunlarına da çağırılmışdı. Lakin Foqts yığmamızın baş məşqçisi postunda keçirdiyi son qarşılaşmalarda ona şans verməyib (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30