29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı” 189, “Qəbələ” 76 gündən sonra

Azərbaycan Premyer Liqasının 32-ci turu mövsümün ən uzun qələbə və qələbəsiz seriyalarının qırılması ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” ardıcıl 8 qələbədən sonra ilk xal itkisi ilə üzləşib, “Bakı” isə 19 matçlıq həsrətə son qoyub.

Çempionatın lideri “Qarabağ”la ev oyununda 1 xalla kifayətlənən (1:1) “Qəbələ” 76 gündən sonra xal itirib. Əyalət təmsilçisi sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə görüşdə (1:3) qalib gələ bilməmişdi. Bundan sonra Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran”ı 3:1 və 1:0, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0, “Neftçi”ni 3:1 hesabı ilə məğlub etmişdi. Bu da mövsümün rekord seriyasıdır. 2-ci nəticəyə malik  “Qarabağ”ın qələbə seriyası 6-ya bərabərdir.

“Xəzər Lənkəran” ilə qarşılaşan “Bakı” isə 2015-ci ildə ilk qələbəsini qazanıb - 2:1. Paytaxt təmsilçisi son qələbəsini oktyabrın 25-də AZAL-la səfər oyununda qazanmışdı - 1:0. 189 gündən sonra 3 xal əldə edən İbrahim Uzuncanın yetirmələri bu müddətdə 6 heç-heçə edib, 13 dəfə uduzmuşdu. Mövsümün antirekordçusu olan “Bakı” bu göstəricidə 2-ci olan “Sumqayıt”dan 6 matç uzun seriyaya imza atıb.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Kəpəz”ə məxsusdur - 20 oyunluq qələbə seriyası. Qələbəsiz oyunlarda antirekord isə “Şəfa”ya məxsusdur - 33 matç.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31