20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rəşad Sadıqov: “Belə oyunlarda ikinci qolu vurmaq lazımdı”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir:

- “Qarabağ” “Qəbələ” ilə səfər oyununda qələbəni əldən verdi. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Oyun ağır keçdi. Əvvəldən də çətin olacağını bilirdik. Nəticə bizə sərf edən idi. Lakin sonda qol buraxaraq, qələbəni əldən verdik.

- Oyunun gedişində qol buraxacağınız hiss edirdinizmi?

- Yox, hiss etmirdik. Futboldu, nəyisə əvvəldən proqnozlaşdırmaq çətin olur.

- Penalti epizodu haqda fikirləriniz necədir?

- O epizod barədə heç nə demək istəmirəm. Hakim qərarını verdi, bitdi. İndi növbəti oyunlara baxmalıyıq.

- Qələbə qazanmaq üçün “Qarabağ”da çatmayan nə idi?

- Demək olar ki, bərabər oyun gedirdi. Qol vurduqdan sonra qapalı oynadıq. Əks-hücumlara bel bağlayırdıq. Lakin əks hücumlarda rəqibi yaxalaya bilmədik. Belə oyunlarda ikinci qolu vurmaq lazımdı. Vura bilməyəndə rəqib təzyiq göstərir. Elə olur ki, sona qədər qapını toxunulmaz saxlaya bilirsən, elə də olur ki, sonda qol buraxırsan.

- “Qarabağ” bu gün 1 xala layiq idi?

- 1 xal bizim üçün pis nəticə deyil. Oyundan əvvəl də demişdim ki, əsas olan uduzmamaqdı. İndi qarşıda “Xəzər Lənkəran”la ağır oyunumuz var. Həmin görüşü düşünməliyik.

- Hazırda xal çoxluğu “Qarabağ”ı rahatlaşdırır?

- Xalımız elə də çox deyil. “İnter”lə qarşıda hələ şəxsi oyunumuz var. Onu saymasaq, cəmi 2 xal öndəyik. 1 bərabərlik xalların bərabərləşməsinə gətirib çıxara bilər.

- Nəyə görə “Qarabağ” “Qəbələ” ilə oyunlarda çətinlik çəkir?

- Heç nə baş vermir. Futbolda belə də olur. Keçən il də “Simurq”u məğlub edə bilmirdik. Zamanla sindroma son qoymaq mümkün olur.

- Düşünmək olar ki, rəqib sizi yaxşı analiz edir?

- Qriqorçuk yaxşı məşqçidi. O bizi yaxşı analiz etmişdi. Hiss olunurdu ki, “Qəbələ” bizimlə oyuna yaxşı hazırlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30