23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rauf Əliyev: “Əsas kuboku qazanmaqdı”

“Birinci hissədəki zəif oyunun səbəbini bilmirəm. Amma ikinci yarıda yaxşı oynadıq. Bunun nəticəsində də hesabı bərabərləşdirdik. Sonda 1 xala sevinməli olduq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin hücumçusu Rauf Əliyev deyib.

“Sumqayıt”la oyunda müəyyən fasilədən sonra meydana qayıdan Əliyev, məşqlərə təzə başladığını vurğulayıb: “Bir aya yaxın oynamadım. İndi isə cəmi 4-5 gündür məşqlərə qoşulmuşam. Belə olan halda, oyun praktikasının yoxluğundan əziyyət çəkirəm. Əlimdən gələni edirəm ki, tezliklə əvvəlki formamı bərpa edim”.

“Neftçi”nin hücumçusu azarkeşlərin ondan narazılıq etməsinə də münasibət bildirib: “Fanatlar öz fikirlərini deyirlər. Fakt budur ki, mən “Neftçi”yə gəldikdən sonra, şanssızlıq yaşadım. Ağır xəstəlik keçirdim. Bunların nəticəsində az oynamaq şanbsı qazandım. Komandaya istədiyim kimi kömək edə bilmirəm. Bunu özüm də bilirəm. Çox oynadıqca təcrübəm artacaq”,

Təcrübəli futbolçu “Neftçi”nin futbolçularının millidən kənarda qalması haqda bunları spyləyib: “Prosineçkinin seçiminə şərh vermək istəmirəm. İndi əsas işim formamı bərpa etməkdi”.

Rauf Əliyev “Sumqayıt”la oyunda müdafiədəki səhvlərdən gileylənib: “Bu oyunda müdafiədə çoxlu səhvlərə yol verdik. “Neftçi” qol vurur, amma öz qapısında da çoxlu qol görür. Niyə belə alındığını bilmirəm. Əsas kuboku qazanmaqdı. Buna nail olsaq, çox suallara aydınlıq gətiriləcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30