28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA-dan rəsmi açıqlama: “Simurq”dan bizə müraciət daxil olmayıb”

AFFA “Simurq”a bu qurum tərəfindən kömək olunacağı haqda xəbərlərə münasibət bildirib. Asssosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Futbolxeber.az saytına verdiyi açıqlamada bunları deyib: “Simurq”un prezidenti Anar Bəkirovla Elxan Məmmədov arasında görüş olmayıb. Tərəflər telefonla danışıblar. Elxan Məmmədov komandaya kömək olunacağını bildirib. Amma bunun üçün “Simurq” AFFA-ya müraciət etməlidir. Klub tərəfindən bizə məktub gəlməliydi. Lakin dünən iş gününün sonuna kimi gözləsək də, məktub gəlib çıxmadı. Yəni, “Simurq”dan bizə müraciət daxil olmayıb. Sual yarana bilər ki, AFFA “Bakı”ya kömək etdi, amma “Simurq”a kömək etmir? Məsələ burasındadır ki, “Bakı” tərəfindən bizə rəsmi müraciət olundu. Klub rəsmiləri, futbolçuları kömək olunmasını istədilər. Biz də klubun bank təminatının aktivləşdirilməsinə yardımçı olduq. Eyni halın təkrarlanması üçün “Simurq” da ilk növbədə rəsmi olaraq AFFA-ya müraciət etməlidir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31