23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Samir Məsimov: “Heç-heçə uduzmaqdan yaxşıdı”

“Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimov “Sumqayıt”la oyundan sonra (2:2) Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” gözlənilmədən “Sumqayıt”la oyunda 2 xal itirdi. Qarşılaşma haqda nə deyə bilərsən?

- Bilirdik ki, çətin oyun olacaq. Çünki “Sumqayıt” yaxşı komandadır. Belə də alındı. Onlar meydanın hər qarışı uğrunda mübarizə aparırlar. Biz oyuna ciddi hazırlaşmışdıq. Lakin nəticə bizi məyus etdi. Bəlkə də Kanales meydandan qovulmasaydı, qələbə qazanardıq.

- İkinci hissədə “Neftçi” istəksiz görünürdü. Bunun səbəbi nədir?

- Biz birinci hissənin sonunda 10 nəfər qaldıq. Üstəlik, uduzurduq da. Belədə bütün qüvvə ilə irəli atıla bilməzdik. Çünki bu halda “Sumqayıt” üçüncü qolu da vura bilərdi. Vəziyyətimiz daha da pis olardı. Buna görə ehtiyatlı oynayırdıq. Yekunda ikinci qolu vurduq. Heç-heçə uduzmaqdan yaxşıdı

- Demək olar ki, bu oyunda “Neftçi”nin bəxti gətirdi?

- Belə deməzdim. Ikinci hissədə biz heç nədə “Sumqayıt”dan geri qalmırdıq. Oyuna da pis başlamamışdıq. Qol şanslarımız olurdu. Qırmızı vərəqə işimizi çətinə saldı.

- Bərabərlik qolu zamanı topa toxundun?

- Bəli, toxundum. Vobay cinahdan ötürmə etdi. Mən də dabanımla topu qapıdan keçirdim. Yaxın küncü nişan almışdım və top qapıdan keçdi.

- “Neftçi”nin bugünki xal itkisini müdafiədəki inamsız oyunla əlaqələndirmək olar?

- Tək müdafiəni günahlandırmaq omaz. Futbol səhvlər oyunudur. “Sumqayıt”ın bizim müdafiə xəttini asanlıqla keçdiyini deməzdim. Son oyunlarda Rahil Məmmədov arxa xətdə yer alır. Klubun öz yetirməsidir və perspektivli futbolçudur.

- Belə oyunla “Neftçi” kuboku qazana bilər?

- Final oyunu fərqlidi. Kubokun taleyi həll olunur və o cür görüşlərdə ab-hava tam ayrı olur. Rəqibləri bölmək istəməzdim. Hamısına hörmət edirəm. Amma “Sumqayıt” “Qarabağ” fərqli komandalardı.

- Səni növbəti mövsümdə də “Neftçi”də görə biləcəyik?

- İndidən bu haqda danışmaq hələ tezdi. Mövsümün sonuna 4 tur, 1 ay vaxt qalıb. Komandada qalıb-qalmayacağım hələ bilinmir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30