19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Növbəti hakim biabırçılığı “Şuşa-Qarabağ” - “Qaradağ-Lökbatan” oyununda

I divizionun 26-cı turu çərçivəsində keçirilən “Şuşa-Qarabağ” - “Qaradağ-Lökbatan” oyununda (1:1) növbəti hakim biabırçılığı qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə, görüşün baş hakimi Xəlil Xəlilov əvvəlcə qonaqların qolunu qeydə almayıb. Halbuki 27-ci dəqiqədə Sabir Allahquliyevin vurduğu qol qaydalar çərçivəsində vurulub.

Sonra isə referi daha gülünc qərarla yadda qalıb. Görüşün 68-ci dəqqəsində “Qaradağ-Lökbatan”ın futbolçusu rəqib qapıçıya qarşı kobud oynayıb. Referi isə əksinə, kobudluğa məruz qalan “Şuşa-Qarabağ”ın qapıçısı Rafiq Kərimovu sarı vərəqə ilə cəzalandırıb. Əgər, bu epizodda qapıçıya qarşı kobudluq yox idisə, matçın hakimi nəyə görə cərimə zərbəsini “Şuşa-Qarabağ”ın lehinə təyin edib? 

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30