28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynov: “Növbəti turda “Qarabağ”a da qol vursam...”

Azərbaycan Premyer Liqasının XXXI turunda “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib, qələbə seriyasını 8-ə çatdırıb. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” Cavid Hüseynovun ikinci hissənin əvvəlində vurduğu qolla 3 xal qazanıb. Yarımmüdafiəçi səfər qarşılaşması ilə bağlı fikirlərini gabalafc.az-a açıqlayıb:

“Xəzər Lənkəran”la oyun çətin oldu. Qarşılaşma gözlədiyimiz kimi alınmadı. Komandamızın sürətli, özünəxas oyun üslubu var. Lakin Lənkəranda bunu nümayiş etdirə bilmədik. Amma əsas olan nəticədir ki, buna da nail olduq. Çətinliklə də olsa, ardıcıl 8-ci qələbəmizi qazana bildik. İlk yarıda oyunumuzun alınmadığını deməzdim. 3 qol imkanımız oldu. Viktor Mendi, Bəxtiyar Soltanov və Ekiqo Ehiosun fərqlənə bilərdilər. Amma ümumilikdə komandada sürət çatmırdı. “Qarabağ”la qarşılaşmada daha yaxşı çıxış edib, öz oyunumuzu göstərəcəyik. Doğma azarkeşlərimiz önündə daha baxımlı futbol sərgiləyəcəyik”.

Mövsümdə 10-cu qolunu vuran Hüseynov Premyer Liqanın bombardirləri yarışında 3-cü pillədə qərarlaşıb. Ən məhsuldar futbolçu adına şərik olmaq üçün 3 qol vurmalı olan yarımmüdafiəçi klub rekordunu təkrarlamağa da yaxındır. Belə ki, “Qəbələ”də bir mövsümə ən çox qol vuran futbolçu Daniel Subotiç ötən çempionatda 12 dəfə fərqlənmişdi. Hüseynov üçün avrokuboklara yaxın olan “qırmızı-qaralar”ın çempionatı bürünc medalla başa vurması daha vacibdir: “Yenə qol vurmağımı dəyişiklikdən sonra mərkəzdə oynamağımla əlaqələndirməzdim. Mənim üçün mərkəzdə və ya cinahda oynamağın fərqi yoxdur. 10-cu qolu vursam da, indidən bombardirlik yarışına qoşulmağım haqda danışmaq tezdir. Hələ 3 qol lazımdır. Əgər növbəti turda “Qarabağ”a da qol vursam, onda bombardirlikdən danışmaq olar. Daniel Subotiçə məxsus klub rekorduna da çatmaq, yeniləmək istəyərdim. Amma əsas medallar uğrunda mübarizədir. Avrokuboklara bürünc mükafatçı kimi yollanmağımızı istəyirəm”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31