19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qarabağ” - “Neftçi” oyunundan yubileylər

Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ” - “Neftçi” oyunu yubileylərlə zəngin olub. Futbolxeber.az-ın məlumatına görə, meydan sahiblərinə 3:2 hesablı qələbə qazandıran Leroy Corcun matçda vurulan son qolu mövsümdə 300-cü olub. Arxada qalan 31 turun 123 oyununda orta məhsuldarlıq  2,44-ə bərabərdir.

Hollandiyalı həm də “Qarabağ”da 20-ci qolunu vurub. O, buna 80 matçda nail olub. Leroy çempionatda 16, avrokuboklarda 4 dəfə fərqlənib. Onun komanda yoldaşı  Muarem Muarem də klubunda 20-ci qola sevinib. Buna 122-ci matçda imza atan makedoniyalı çempionatda 17, kubokda 1, avrokuboklarda 2 dəfə rəqib qapısına yol tapıb. “Qarabağ”ın iki futbolçusu isə yubiley matçında iştirak edib. Namiq Yusifov Premyer Liqada 250-ci oyununu keçirib. Bu müddətdə 3 qol vuran futbolçu həmin matçların 209-na (1 qol) “Qarabağ”ın formasında çıxıb. Ölkə çempionatındakı matç sayını 100-ə çatdıran Bədavi Hüseynov isə 73 oyunu indiki klubunda keçirib.

“Neftçi”nin futbolçusu Karlos Kardoso Premyer Liqada 50-ci matçına çıxıb. Qırmızı vərəqə alan braziliyalı “Neftçi” formasında da 50-yə çatdığından yubiley cənubi amerikalı üçün ikiqat xarakteri daşıyıb. O, bu görüşlərdə 4 qol da vurub.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31