24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Nfor: “Unutmayaq ki, “Qarabağ”a qarşı oynayırdıq”

“Çətin qarşılaşma alındı. “Qarabağ”a qarşı ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik. Ümumiyyətlə, meydanda çox maraqlı mübarizə getdi”. Futbolxeber.az saytına müsahibəsində bu səzləri “Neftçi”nin hücumçusu Ernest Nfor deyib.

Nfor məğlubiyyətin səbəbini belə izah edib: “Kiçik, fərdi səhvlərə yol verdik. Amma unutmayaq ki, “Qarabağ”a qarşı oynayırdıq. Rəqib əksər hallarda bizi əks-hücumlarda yaxalayırdı. Bu, onlarda çox gözəl alınırdı”.

“Neftçi”nin hücumçusu meydanda aqressiv davranışının səbəbini açıqlayıb: “Son 2 il yarım oyun praktikasından əziyyət çəkirəm. Adımı, nüfuzumu ortaya qoymalıyam. Bu zəifliyin göstəricisi deyil. Üstəlik, nəzərə alın ki, meydanda azlıqda qalmışdıq. 10 nəfərlə 11 nəfərə qarşı oynadıq”.

Nfor “Neftçi”də qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Gələcəyim mənim xidmətimdə maraqlı olan insanlardan asılıdır. Rəhbərlik komandada qalmağımı istəsə, qalacağam. İstəməsələr, o zaman başqa kluba gedəcəyəmm. Hələ ki, qalmağımla bağlı hansısa təklif almamışam. Mövsümün sonunu gözləyək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30