20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Gözəl: “Çox stress keçirdik”

“Təbii ki, oyundan razı qaldım. İlk yarıda “Qarabağ” yaxşı oynadı, qollarını vurdu. Lakin fasilədən sonra gördük ki, “Neftçi” təslim olmaq fikrində deyil”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Klub rəsmisi Premyer Liqanın 31-ci turunda “Neftçi” üzərində qazandıqları 3:2 hesablı qələbəni belə şərh edib: “Neftçi” ikinci qolu vurduqdan sonra çox stress keçirdik. Hər zaman demişəm, bu komandaların oyunu “Aslanların savaşı”dı. Sevinirəm ki, “Qarabağ” 90 dəqiqə ərzində mübarizə apardı, təslim olmadı, sonda da istəyinə çatdı. “Qarabağ” oyunu ilə qələbəyə layiqdi. Azərbaycanın 3 əsas köklü klubu var: “Qarabağ”, “Neftçi” və “Kəpəz”. Sonuncu komanda hazırda I divizionda mübarizə aparır. “Neftçi”nin böyük azarkeş ordusu var. Bu komandanı məğlub etmək “Qarabağ” üçün həmişə çətindi”.

T.Gözəl hələ çempion olmadıqlarını vurğulayıb: “İki yox, üç qələbə qazansaq, rahat olarıq. İndi narahatıq”.

Sonda “Qarabağ”ın vitse-prezidenti ölkə kubokunun finalında “Neftçi”yə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Möhtəşəm oyun olacaq. Rəqibi “Neftçi” olması finala böyük həyəcan verəcək. Arzum kubokun finalında “Neftçi” ilə qarşılaşmaq idi. Buna da nail olduq. İndi də qələbədən başqa fikrimiz yoxdu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30