19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Nikolas Kanales: “Qarabağ” məğlubedilməz deyil”

“Neftçi”nin hücumçusu Nikolas Kanales “Qarabağ”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib:

- Premyer Liqanın 31-ci turunda “Neftçi” gərgin keçən oyunda “Qarabağ”a uduzdu. 2:3 hesabı ilə başa çatan oyunu necə dəyərləndirə bilərsən?

- Deməzdim ki, yaxşı oynadıq. Bununla belə, düşündürücü məqamlar da var. Son oyunlardan qapımızda çox qol görürük. 3 matçda qapımızdan 8 top buraxmışıq. Bu, düşünüləsi məqamdı.

- Deməli, müdafiəçilərin çıxışından narazısan?

- Yox, bütün günahı müdafiəçilərin üstünə atmaq olmaz. Rəqibin qarşısını almaq üçün mərkəzdə də pressinq tətbiq etmək lazımdır.

- Oyunun ilk yarım saatında qapınızda 2 qol gördünüz. Bunu ilə əlaqələndirərdin?

- Konkret nə baş verdiyini dəqiq deyə bilmərəm. Amma qapımızda 2 qol gördükdən sonra təslim olmadıq.

- Çoxları “Neftçi”nin ən azı gümüş medallar uğrunda mübarizə aparacağını gözləyirdi. Hazırda isə “Neftçi” bürünc medalı da əldən vermək üzrədi. Uğursuzluğun səbəbini nədə görürsən?

- Mübarizə hələ tam bitməyib. Qarşıda 4 oyunumuz var. Bu qarşılaşmalarda lazımi qədər xal toplaya bilərik. İndi bu oyunu unudub, növbəti qarşılaşmalar haqda düşünmək lazımdı.

- “Neftçi” ölkə kubokunun finalında da “Qarabağ”la qarşılaşacaq. Həlledici oyunda Ağdam klubunu məğlub etmək mümkün olacaq?

- Belə oynasaq, təbii ki kuboku qazana bilmərik. Amma “Qarabağ” məğlubedilməz deyil. Onları məğlub etmək olar.

- Mövsüma artıq başa çatmaq üzrədi. “Neftçi”dəki gələcəyiniz artıq müəyyənləşib?

- Komanda ilə müqaviləm başa çatır. Amma hələ ki, klubdan yeni müqavilə haqda təklif almamışam. Lakin digər ölkələrdən mənimlə maraqlanan klublar var.

- Son oyunlardakı məhsuldar çıxışınızın sirri nədədir?

- Yayda komandaya gələndə fiziki baxımdan hazır deyildim. Altı ay oynamamışdım. Zamanla formamı bərpa etdim. Qış fasiləsindəki təlim-məşq toplanışının da xeyri çox oldu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31