19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Böyükağa Hacıyev: “Əzrayılla əlbəəl görüşdük, mənə söz verdi ki...”

“AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə görüşdük. Mənim elə bir problemim yoxdu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Hacıyevin “Space” kanalının efirində “Araz Naxçıvan” - “Neftçi” matçı ilə bağlı verdiyi açıqlama birmənalı qarşılanmamışdı. Onun “15 il “Araz Naxçıvan”ın kapitanı olmuşam, bu komandaya qalib gələ bilməzdim” cümləsi rezonans doğurmuşdu. Verilişdən sonra Hacıyevin komandasının həmin görüşdə bilərəkdən uduzması ilə bağlı söz-söhbətlər yaranmışdı. Nəticədə AFFA-nın hüquqşünası Rəmiş Malıyev açıqlamasında Böyükağa Hacıyevdən izahat alacağını bildirmişdi.

Hacıyevlə Malıyevin görüşü artıq baş tutub. Bununla bağlı danışan “Zəif” ləqəbli məşqçi heç kimdən qorxmadığını bildirib: “Mən sözümün ağasıyam. Sadəcə, məni sevməyənlər gözləyirlər ki, “uteçka” buraxım. Amma bilmirlər ki, mən “uteçka” buraxmaram. Rəmiş Malıyevə izahat verdim. O da gördü ki, hər şey qaydasındadı. Mən cinayətkar deyiləm”.

Hacıyev federasiyanın hüquqşünası ilə görüş zamanı həyəcanlanmadığını qeyd edib: “Nə həyəcanlanmaq? Hüquqşünasdan çəkinəcəm? Mən “İnter”, “Rubin” və “Partizan”ın qarşısına komanda çıxaranda, heç gördünüz ki, həyəcanlanım? Elə şey ola bilməz. Mən qorxu hissindən azad adamam. Gecə saat 3-də də zəng edib ölümə çağırsanız, yenə gələrəm. 2012-ci ildə Moskvaya əməliyyat olunmağa gedəndə Əzrayılla salamlaşıb, qayıtmışam. Əlbəəl görüşdük, mənə söz verdi ki, 66 yaşıma kimi mənə dəyməyəcək”.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30