29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycan Kubokunda 4-cü dəfə

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunları final matçında üz-üzə gələcək komandaların adlarına aydınlıq gətirib. Futbolxeber.az-ın məlumatına görə, fəxri mükafat uğrunda qarşılaşmada Ağdamın “Qarabağ” və Bakının “Neftçi” klubları görüşəcək. “Qarabağ” səfərdə “Simurq”la qolsuz heç-heçə etsə də, ilk oyundakı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. “Neftçi” səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzsa da, ilk matçdakı 2:0 hesablı qələbə hesabına mərhələ adlayıb.

Ardıcıl “4”lə gələn “9”

Son 3 mövsümdə də finala yüksələn paytaxt təmsilçisi Azərbaycan Kuboku tarixində ardıcıl 4 dəfə finalda oynayan ilk klub olub. Ümumilikdə 9-cu dəfə həlledici oyunda meydana çıxacaq bakılılar bu göstəricidə də rekordunu yeniləyib. “Neftçi” 1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14 mövsümlərində kuboku qazanıb, 2000/01, 2011/12 mövsümlərində isə həlledici görüşdə məğlub olub.

Sonuncu dəfə 2008/09 mövsümündə finalda iştirak edən “Qarabağ” 6 ildən və ya 5 mövsümlük fasilədən sonra eyni uğuru təkrarlayıb. Bu, ağdamlıların 7-ci finalıdır. 1993, 2005/06 və 2008/09 mövsümlərində titula yiyələnən Ağdam təmsilçisi 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda məğlub olub.

4-cü dəfə

“Neftçi” ilə “Qarabağ” 19 il əvvəl də finalda üz-üzə gəlib. 1995/96 mövsümündə Yunis Hüseynovun 2, Vidadi Rzayevin 1 qol vurması bakılılara böyükhesablı qələbə qazandırmışdı - 3:0. Həmin matçda finallar tarixində yeganə böyükhesablı nəticə qeydə alınmışdı.

Bunadək ölkə kuboku tarixində 3 dəfə eyni final təkrarlanmışdı. “Kəpəz” “Qarabağ”a həm 1997/98, həm də 1999/2000 mövsümündəki oyunlarda qalib gəlib - müvafiq olaraq 2:0 və 2:1.  “Neftçi” - “Şəmkir” cütü də 2 finalda yaşanıb. 1998/99 mövsümündə 0:0 bitən matçın penaltilər seriyasında 5:3  hesabı ilə qalib gələn “ağ-qaralar” 2003/04 mövsümündə əlavə vaxtda kuboka sahib çıxıb - 1:0. “Xəzər Lənkəran” da “İnter”lə hər iki final oyununda qalib gəlib. 2007/08 mövsümündə əlavə vaxtda (2:0), 2010/11 mövsümündə penaltilər seriyasında (1:1, pen. 4:2) qalib gəlib. Maraqlıdır ki, indiyədək heç vaxt finalda uduzan komanda sonradan əvəzini çıxa bilməyib. “Neftçi” kuboku qazansa, bu ənənəni davam etdirəcək, “Qarabağ”sa qələbəylə ilkə imza atacaq.

3-cü baş məşqçi

19 il əvvəlki finalda “Neftçi”nin “Qarabağ” üzərindəki qələbəsində futbolçu kimi pay sahibi olan Arif Əsədov bu dəfə baş məşqçi kimi eyni rəqiblə üz-üzə gələcək. O, Yunis Hüseynov və Qurban Qurbanovdan sonra həm futbolçu, həm baş məşqçi kimi final həyəcanı yaşayan 3-cü mütəxəssis olacaq. Yenidən “Qarabağ”la həlledici matçın iştirakçısı olacaq Qurbanov hər iki “amplua”da kuboka yiyələnibsə, Hüseynov məşqçi kimi finalda büdrəyib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31