20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Bəhram Bağırzadə: “Qəbələ” azarkeşləri ilə heç bir problem ola bilməz”

"Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə "Qarabağ"la Azərbaycan kubokunun final oyununun Qəbələdə keçirilməsi qərarına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, tanınmış aktyor Qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının bu addımını müsbət qiymətləndirdiyini deyib: "Bizim üçün fərqi yoxdur. Lap Naxçıvanda keçirilsin. Azərbaycanın bütün şəhərlərində futbol inkişaf etdirilməlidir. Qəbələnin əhalisi də futbola canlı baxacaq. Bunun nəyi pisdi ki? Azərbaycan tək Bakıdan ibarət deyil".

Klub rəsmisi "Neftçi"nin "Qəbələ" azarkeşləri ilə problemi olduğu üçün final matçının Qəbələdə keçirilməsinə razı olmaması haqda yayılan fərziyələrin düzgün olmadığını bildirib: "Bizim heç kimlə problemimiz yoxdur. Tək problemimiz ermənilərlə bağlıdır. Hansı ki, bugünlərdə 28 yaşlı sabiq futbolçumuzu öldürüblər. "Qəbələ" azarkeşləri ilə heç bir problem ola bilməz. Bunu deyənlər düşüncəsiz insanlardır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30