28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tahir Gözəl: “Qarabağ” - “Neftçi” finalını səbirsizliklə gözləyirəm”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözel Ağdam klubunun finala yüksəlməsi haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Gözel “Qarabağ”ın finalına yüksəlməsini sevinclə qarşılayıb: "Bu mənim "Qarabağ"la 3-cü finalım olacaq. 2006 və 2009-un Azərbaycan kubokunu qazanma sevincini yaşamışıq. 6 il sonra yenidən finalda oynamaq olduqca xoş duyğudu. Üstəlik, rəqibimizin "Neftçi" olması da final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda "Neftçi"ylə qarşılaşmaq mənə 2 qat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. Hər zaman "Neftçi"ylə oyunlar mənim üçün xüsusi olub. Bunu daim hər zaman açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi "Qarabağ" - "Neftçi" oyunu aslanlar qarşılaşması kimidi. Final görüşünün Qəbələ və ya baş bir şəhərdə keçirilməsi də olduqca xoş bir xəbərdir. İstənilən halda belə bir derbinin, gözəl qarşılaşmanın bölgədə keçirilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir. Futbol ictimayyətini, azarkeşləri olduqca maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı  gözləyirəm.  Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə, azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim”.


qarabagh.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31