16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Erik Ramos: “Bu cür oyunla “Qarabağ”ı məğlub etmək olmaz”

“Çətin görüş alındı. “İnter” qələbəyə layiq idi. İlk matçdakı qələbə bir qədər arxayın çıxış etməyimizə şərait yaratmışdı. Buna görə də əsasən hesabı qorumağa çalışırdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Neftçi”nin üzvü Erik Ramos deyib.

“İnter”lə oyun haqda danışan paraqvatlı futbolçu, rəqibin ikinci hissədə üstün olduğunu gizlətməyib: “Həqiqətən də “İnter” ikinci hissədə çox yaxşı oynadı. Daha çox qol vura bilərdilər. “Neftçi”nin fasilədən sonrakı oyununa görə konkret səbəb göstərə bilmərəm. Bir qədər fiziki durumumuzda problem var. Axır vaxtlarda sıx qrafiklə oynayırıq. “İnter” isə son turda dincəlmişdi”.

Ramos ölkə kubokunun finalında “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə də danışıb: “Bu cür oyunla “Qarabağ”ı məğlub etmək olmaz.  Qələbə qazanmaq üçün ilk növbədə qol vurmaq lazımdı. Finaldakı oyun daha çətin olacaq. Lakin həlledici görüşə hələ çox var. Həmin oyuna yaxşı hazırlaşmaq üçün vaxt kifayət qədərdi. Hazırda kubokun finalını yox, çempionata köklənməliyik. Əvvəl “Qarabağ”la, sonra isə “İnter”lə qarşılaşacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30